Gəncədə son vəziyyət
Seymur Kazımov, Gəncə, 17 oktyabr, 13.00: Hazırda Gəncədə raketlər düşən ərazilərdə axtarış tədbirləri davam edir. Fövqəladə Hallar nazirliyinin xilasediciləri xüsusi təlim keçmiş köpəklərin vasitəsi ilə uçqunlar altında sağ qalanları axtarırlar. Onların keçdikləri yerlərdə işə texnika cəlb olunur.

Gəncənin millət vəkili Müşfiq Cəfərov:

– Raketlər gecə vaxtı şəhərin bir-birindən 4-5 km aralı iki küçəsinə düşüb. Hər iki məhəllədə yalnız mülki əhalinin yaşadığı evlər yerləşir, hərbi obyekt yoxdur, yəni məhz yaşayış binaları hədəf götürülüb. Hələlik ölənlərin sayı 13 nəfərə çatıb, 52 nəfər yaralanıb.

Raketlər düşən ərazilərdə iş davam edir 


Mənbə : pressklub.az


Warning: Invalid argument supplied for foreach() in /var/www/marneulifm.ge/public_html/templates/default/html/com_content/article/default.php on line 166
Print ელ. ფოსტა
FaceBook Twitter Google