Türkiyədə Egey və Mərmərə dənizlərində 6,6 maqnitudalı zəlzələ
olub.
APA-nın yerli bürosunun Türkiyənin Fövqəladə Halların İdarə
Olunması Agentliyinə (AFAD) istinadən verdiyi xəbərə görə,
zəlzələnin mərkəzi İzmirin Seferhisar sahilində yerli vaxtla
14.51-də qeydə alınıb.
Zəlzələnin mərkəzi yerin 16 kilometr dərinliyində olub.
Dağıntı və itkilər haqqında hələlik məlumat yoxdur, afterşokların
davam etdiyi bildirilir.
Qeyd edək ki, bu gün Bingöl vilayətində də yerli vaxtla saat
11.48-də 4,1 bal gücündə zəlzələ də baş verib. Zəlzələ İstanbul və
ətraf şəhərlərdə də hiss olunub.