Daha 7 kənd işğaldan azad edildi - İlham Əliyev
Azərbaycan Ordusu daha 7 kəndi işğaldan azad edib.

Bu barədə Prezident İlham Əliyev "Twitter" səhifəsində məlumat verib.

"Müzəffər Azərbaycan Ordusu Cəbrayıl rayonunun Mirək, Kavdar, Zəngilan rayonunun Məşədiismayıllı, Şəfibəyli, Qubadlı rayonunun Başarat, Qarakişilər, Qaracallı kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!" – Əliyev yazıb.

Print ელ. ფოსტა
FaceBook Twitter Google