Yekun tövsiyələrə əsasən COVID-19-a qarşı peyvənd olunan şəxslərin
cari qeydiyyatı aparılacaq.
Bu barədə “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə
2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”nda öz əksini
tapıb.
Strategiyada qeyd olunub ki, vaksin vurulanların müşahidəsi üçün
müəyyən pasportlaşdırma ehtiyacları da qarşılanacaq.
Xatırladaq ki, bu gündən ölkədə vaksinasiya prosesinə
başlanılır.
Mənbə: report.az