Nyu Yorkda yayılmağa başlayan koronavirusun mutasiyaya uğramış yeni
növünün müalicəsi zamanı mövcud peyvənd dərmanlarının səmərəsiz
qala biləcəyi güman edilir.
"NYT" xəbər verir ki, bu qənaət Kaliforniya Texnologiya İnstitutu
və Kolumbiya Universiteti əməkdaşlarının birgə tədqiqatında irəli
sürülüb.
Həmçinin Nyu York növündə başqa ölkələrdə, o cümlədən Cənubi Afrika
Respublikasında aşkarlanmış mutasiyaların da mövcud olduğu
bildirilir.
Mənbə: report.az