Rusiya Federasiyası NATO hərbi missiyasının fəaliyyətini
dayandırır.
Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
Onun sözlərinə görə, noyabrın 1-dən Rusiyanın NATO-dakı
nümayəndəliyi də fəaliyyətini dayandıracaq.
XİN rəhbəri qeyd edib ki, NATO-nun Moskvadakı informasiya bürosunun
fəaliyyəti də dayandırılır.
S. Lavrov NATO-nun Beynəlxalq Katibliyinin məlumatlandırıldığını
vurğulayıb.
Rəsmi Moskva bu qərarı Şimal Alyansının Rusiyanın təşkilatdakı
daimi nümayəndəliyinin 8 əməkdaşının akkreditasiyasının geri
çağırılması haqda addımına cavab olaraq verib.