Kəlbəcərdə ekskavatorun üzərinə qaya parçaları düşüb, ölən var
Kəlbəcərdə ekskavatorun üzərinə qaya parçaları düşüb.

Baş Prokurorluğun Mətbuat Xidməti tərəfindən “Report”az- ın sorğusuna cavab olaraq bildirilib ki, sentyabrın 26-da Kəlbəcər rayonunun Zar kəndində yol çəkilişi zamanı “North West Construction” şirkətinə məxsus ekskavatorun üzərinə qaya parçalarının düşməsi nəticəsində ekskavatorun operatoru Kürdəmir rayon sakini Cəbrayılov Bəhruz İsrail oğlunun aldığı xəsarətlərdən hadisə yerində ölməsi barədə Kəlbəcər Rayon Prokurorluğuna məlumat daxil olub.

Hazırda faktla bağlı araşdırma aparılır.

Mənbə: report.az
Print ელ. ფოსტა
FaceBook Twitter Google