Alimlər koronavirus pandemiyasının sivilizasiya ilə qarşılıqlı
əlaqədən könüllü imtina edərək təmasda olmayan kiçik xalqlar üçün
təhlükə yaratması barədə bildiriblər. Mütəxəssislər pandemiya
səbəbindən kiçik xalqların yoxa çıxacağı barədə xəbərdarlıq
ediblər.
Bu barədə “RİA Novosti” xəbər verir.
Alimlər bildirirlər ki, kiçik xalqların ən çox yayılmış
xəstəliklərə qarşı immuniteti yoxdur. Məsələn, hətta bir neçə gün
ərzində müalicə olunan adi qrip də onları öldürə bilər, çünki
orqanizmdə qoruyucu antitellər mövcud deyil.
O ki qaldı koronavirusun yayılmasına, bu barədə geniş danışmağa
ehtiyac yoxdur. Alimlərin fikrincə, bu, qızılca epidemiyasında
olduğu kimi bir çox kiçik xalqların məhvinə səbəb ola bilər.
Braziliya alimləri yerli xalqların ümumi əhali ilə müqayisədə
koronavirusdan ölüm riskinin altı dəfə çox olduğunu bildirirlər.
Eyni zamanda Ekvador alimləri də oxşar tendensiyadan danışırlar.
Onların fikrincə, əsas əhalinin təqribən yeddi faizini təşkil edən
kiçik xalqlar tibbi yardımdan və ümumiyyətlə, hər hansı əlaqədən
imtinaya görə həyatlarını riskə atırlar.
Alimlərin fikrincə, təmasda olmayan insanlar təcrid olunmalarına
baxmayaraq, hələ də COVID-19-a yoluxa bilərlər. Məsələn, taqaeri və
taromenane xalqları virusu vaorani hinduları vasitəsilə daşıya
bilər. Risk qrupuna həmçinin arara, sapanava və başqa tayfalar da
aiddir.
Mütəxəssislər bildirirlər ki, belə tayfaların insanları digər
inkişaf etmiş xalqların varlığından xəbərdardırlar, heç bir şəkildə
onlarla təmasda olmamağa qərar veriblər.