“NATO ölkələrinin hərbi imkanları tükənmək
üzrədir”.
Bunu Alyansın baş katibi Yens Stoltenberq deyib.
Onun sözlərinə görə, üzv dövlətlər hasilatın həcmini artırmaq üçün
işləməlidirlər:
"Bizə lazım olan zəruri müqavilələrin
imzalanmasıdır. Çünki bu halda hasilat artırılacaq. İndi isə
müttəfiqlər Ukraynanı dəstəkləyə bilmək üçün ehtiyatlarını
tükəndiriblər”.
Baş katib müqavilələrin bağlanmasını asanlaşdırmaq üçün Alyansın
müdafiə sənayesi nümayəndələrini iyunda Brüsseldə keçiriləcək
müdafiə nazirlərinin görüşünə qoşulmağa dəvət edib.