Marneuli yerli özünüidarəsi birləşdirilmiş tender yolu ilə 24 təkər
əldə edib.
Marneuli meriyası təkərlərin alınması üçün "Tegeta Motors" MMC ilə
iki müqavilə imzalayıb.
Birinci müqaviləyə əsasən, meriya 944 lariyə 8 ədəd "Petlas"
markalı təkər alıb. İkinci tenderə əsasən yerli özünüidarə 3680
lariyə 16 ədəd "Riken" markalı təkər əldə edib.
Maddi-texniki təminat şöbəsinin müdiri Besik Sexniaşvili
təkərlərin
alınması üçün Marneuli meri Kənan Ömərova müraciət edib. Alqı-satqı
izahatnaməsində qeyd edilib:
"Xatırlatmaq istərdik ki, Marneuli meriyasının
balansında olan nəqliyyat vasitələrinə təkər lazımdır. Xahiş
edirik, qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin icrasını
təmin etmək üçün müvafiq xidmətə tapşırıq
verəsiniz".
Meriya ilə "Tegeta Motors" MMC arasında imzalanmış müqavilələrə
əsasən, şirkət oktyabrın 31-dək meriyaya ümumilikdə 4624 lari
dəyərində təkərlər təqdim etməlidir.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415