Bu gün həm sınaqlar, həm də qalibiyyətlərlə yadda qalacaq
19 May 2020-ci il
Qoç - bu günün emosional fonu müsbətdir, əhvalınız yaxşıdır, hətta
ən ağır anlarda da nikbinliyi itirmirsiniz. Yeni tanışlıqlar asan
başa gəlir, işgüzar danışıqlar məhsuldar alınır. Sizin qarşınızda
geniş imkanlar açılır. Öz gücünüzə şübhə etməməlisiniz.
Buğa - günün birinci yarısını mühüm işlərə, ikinci yarısını isə
ikinci dərəcəli işlərə həsr etsəniz, yaxşıdır. Təcrübəli
həmkarlarınızın tövsiyələrinə bel bağlaya bilərsiniz. Siz
başqalarının səhvlərindən öyrənirsiniz, özünüz səhv etmirsiniz.
Əkizlər - gün maliyyə cəhətdən yaxşıdır. İstədiyiniz qədər pul
xərcləyə bilərsiniz. Ev əşyaları, paltar, kosmetika və parfümeriya
əşyaları ala bilərsiniz. Axşam romantik görüşlər üçün
münasibdir.
Xərçəng - sənədlərin qeydiyyatı ilə məşğul ola və dövlət
idarələrini ziyarət edə bilərsiniz. Köhnə münaqişələrin və hüquqi
məsələlərin həlli üçün uğurlu bir gündür. Bürcün tənha
nümayəndələrini maraqlı tanışlıqlar gözləyir.
Şir - vacib işlərə diqqəti cəlb etmək üçün sakit bir gündür.
Uğurlarınız göstərdiyiniz səylərə bərabərdir. Bu səbəbdən taleyin
ədalətsizliyindən şikayət etməyəcəksiniz. Ola bilər ki, vacib
informasiya əldə edəsiniz və bunun vasitəsilə rəqiblərinizi
zərərsizləşdirəsiniz.
Qız - çətin tapşırıqlardan qorxmayın, bu gün həmin tapşırıqların
öhdəsindən gəlmək çətin olmayacaq. Rəqibləriniz görülməyən bacarıq
nümayiş etdirsələr belə, siz asanlıqla onlardan öndə olmağı
bacaracaqsınız. Nüfuzlu bir insanın dəstəyindən də istifadə edə
bilərsiniz. Sadəcə olaraq, özünüzü təbii aparın və ətrafdakılarda
müsbət təəssüratlar yaratmağa çalışın.
Tərəzi - bu gün həm sınaqlar, həm də qalibiyyətlərlə yadda qalacaq.
Əsas odur ki, düzgün istiqamət tutasınız və uğura olan inamınızı
itirməyəsiniz. Çox işləməli olacaqsınız, ancaq buna dəyəcək. Bu gün
şəxsi və iş münasibətlərinin qurulması üçün də uyğundur. Səmimilik
və öz fikrinizin nümayişində açıqlıq tələb olunur.
Əqrəb - gün maraqlı, lakin xeyri olmayan tanışlıqlarla da bağlıdır.
Mükəmməl yumor hissiniz düşdüyünüz çətin vəziyyətlərdən çıxmaqda
sizə yardımçı olacaq. Səmimi münasibətlər yaxınlarınızla
əlaqələrinizin qorunmasına kömək olacaq.
Oxatan - yaranan problemlər sizi qorxutmur. Səy göstərmək tələb
olunsa da, həmin probemləri həll edirsiniz. Sizin ən yaxşı
köməkçiləriniz gənclər olacaq. onların ruh yüksəkliyi və nikbinliyi
sizə də keçir. İşgüzar münasibətlər romantik münasibətlərə qədər
yüksələ bilər.
Oğlaq - Vaxtında inadkarlıq göstərirsiniz, güclü və taktiki bir
şəkildə öz maraqlarınızı qoruyursunuz. Nəinki münaqişələri yoluna
qoymaq, həm də əvvəllər dil tapmadığınız adamlarla dil tapmaq
asanlaşır. Uzun müddətli müqavilələr imzalamaq da mümkündür. Vacib
layihələr icra edəcəyiniz adamlar da tapa bilərsiniz.
Dolça - siz çox danışırsınız, lakin öz sirlərinizi açmırsınız. Bu
da qarşı cinsin nümayəndələrinin sizə qarşı marağını artırır.
Romantik və davamı olan maraqlı tanışlıqlar da ola bilər.
Balıqlar - xoş və rahat bir gündür. İstənilən vəziyyətdə özünüzü
rahat hiss edirsiniz. Nüfuzlu adamlarla söhbət zamanı da mənəvi
tarazlığı itirmirsiniz. Gün imtahan, işgüzar görüşlər və iş yerinin
dəyişdirilməsi üçün də uğurludur. Yeni işlərin qulpundan yapışa,
əvvəl görmədiyiniz işlər görə bilərsiniz.