Ulduz falı – Təhsil üçün münasib gün deyil
Qoç
Uğurlu gündür, çünki zəhmətinizin bəhrəsini görəcəksiniz. Bu səbəbdən də həyatdan şikayətlənməyə dəyməz. Həyat eşqi yüksək olduğundan nə intellektual, nə də fiziki işlər sizi qorxutmayacaq. Zərərli vərdişlərinizə də qalib gələ bilərsiniz.

Buğa
Işdə səhvə yol verəcəksiniz. Verilən vədlərin hamısına inanmayın. Müttəfiqləriniz bu gün reallıqdan uzaq olan söhbətlər edəcəklər. Bu gün həşmişəkindən tez yorulacaqsınız. Bu üzdən bacarmayacağınız işi boynunuza götürməyin.

Əkizlər
Maraqsız gündür. Istər işdə, istərsə də evdə əhatənizdəkilərdən nə dərəcədə narazı qalsanız da, ciddi konfliktlər baş verməyəcək. Təhsil üçün münasib gün deyil. Bu gün sükan arxasında səyahətə çıxmayın. Yolda xoşagəlməz hadisənin baş verəcəyi ehtimalı böyükdür.

Xərçəng
Yaşlı nəslin nümaynədəsi ilə aranızda mübahisə yaşanacaq. Çünki siz istənilən məsləhət və tövsiyəni işlərinizə müdaxilə və azadlığınızın əlinizdən alınması kimi qəbul edirsiniz. Öz mövqeyinizi qoruyarkən kəskin ifadələr işlətməyin.

Şir
Günün birinci yarısında həyəcanlanmağa səbəbiniz olacaq. Işdə xırda anlaşılmazlıq, həyəcanverici xəbər, yaxınlarla aranızda fikir ayrılığı – bunların hamısı günün birinci yarısında baş verəcək. Yaxın keçmişdə sizi dəyərləndirməyən şəxs bu gün səhvini etiraf edəcək.

Qız
Çətin tapşırıqlara diqqət yetirin. Çünki bu tip işlər sizin üçün bu gün daha cəlbedici və faydalı olacaq. Yeni təcrübə əldə edəcəksiniz. Ətrafdakıların sizin barənizdə nə düşünməsinə elə də əhəmiyyət verməyin. Şəxsi xarakterli məsələri həll edərkən isə maraqlı olan tərəflərin fikirlərini də nəzərə alın.

Tərəzi
Günün ikinci yarısından sonra çətinlikləriniz olacaq. Çətinliklər diqqətinizi yayındıracaq. Bu üzdən də həmişəkindən çox səhvə yol verəcəksiniz. Yaxşı olar ki, bu zaman kəsiyində hesablama işlərilə məşğul olmayasınız.

Əqrəb
Çətinliklər olacaq, amma siz bundan qorxmayacaqsınız. Bir balaca səy göstərsəniz, yaranmış situasiyanın elə də naümid olmadığını görərsiniz. Maraqlı tanışlıq gözlənilir. Münasibətlər məsələsində tez qərar çıxarmağa tələsməyin.

Oxatan
Ehtiyatlı olun. Xüsusilə gələn təkliflərə gözübağlı cavab verməyin. Bu gün alış-veriş etməyiniz də məsləhət deyil. Yaxınlarla aranızdakı münasibətə gəlincə, burada vəziyyət sabit olacaq. Bu gün sizə “danışılacaq nağıllara” aldanmayın.

Oğlaq
Çox maraqlı gündür və siz də enerjili, yaradıcı olacaqsınız. Təəssüf ki, siz ehtiyatı əldən verirsiniz və nəticədə münasib olmayan əlaqələr qurursunuz. Təcrübəli adamların məsləhətini dinləməklə özünüzü qoruya bilərsiniz. Romantik əhval-ruhiyyədəsiniz deyə, qarşı tərəfin ailəli olub-olmadığına belə göz yumacaqsınız. Bu da ötəri sevgidən başqa bir şey deyil.

Dolça
Çətinliklər olacaq, amma siz ağılla hərəkət etməyi bacarırsınız, təşvişə düşmürsünüz. Həmkarlarla aranızda mübahisə düşəcəyi gözlənilir. Yaxınlarla da münasibətiniz korlanacaq. Çünki qarşı tərəf sizdən ailə məsələlərinə daha ciddi yanaşmağı gözləyir.

Balıqlar
Sakit gündür. Adi gündəlik işlərlə məşğul olacaqsınız. Işdə rəhbərliklə aranızda xırda anlaşılmazlıq baş verəcək. Şəxsi müstəvidə baş verənlərə gəlincə, təmkinli olmaq və özünü idarə etməyi bacarmaq ən yaxşı üsuldur.
Print ელ. ფოსტა
FaceBook Twitter Google