Ulduz falı – Axşam saatlarında duruma nəzarət edin
Qoç - Günün ilk yarısında işlərinizdə uğur əldə etmək
istəyirsinizsə, problemlərin həllinə qeyri-standart yanaşın. Adi
günlər effekt verən metodlar bu gün yararsızdır. Çətinliklər böyük
sürətlə peyda olacaq.
Günün ikinci yarısında dəyər verdiyiniz insanla münasibətlərinizi
daha intellektual edin. Ailə problemlərini məntiqlə həll edin.
Axşam saatlarında hobbinizə vaxt ayıra bilərsiniz.
Normal istirahət edin.
Buğa - Mühüm işlərə başlamazdan əvvəl yaxşı hazırlıq görün. İmkan
varsa, zəhmətkeş və etibarlı yardımçılar tapın. Gərəkli dəstəyi
alın. Bütün işləri qısa vaxtda başa vurmağa çalışmayın. Rutin,
gündəlik məsələlərin çözümünə xüsusi diqqət ayırın.
Günün ikinci yarısı daha irimiqyaslı işlər üçün münasibdir. Şəxsi
münasibətlərdə dəyişikliklər vədəsi yetişib. Gərəksiz əlaqələrdən
qurtulun.
Ötənləri xatırlayıb köks ötürməyin.
Əkizlər - Dönüş zamanıdır. Məcazlara aldanmayın, təhkiyələrə
uymayın. Önəmli qərarlardan qaçmayın. Məhdudiyyətlərin sayını
artırmayın. Yeniliklərə də aludə olmayın.
Sınanmış metodlardan, özünü doğrultmuş üsullardan yararlanın.
Günün ikinci yarısında zərurət yaranarsa, yeni ideyanı işlək
formaya salın. Bəzi işləri dayandırmaq və ya təxirə salmaq
olar.
Maliyyə məsələləri üçün uğurlu zaman deyil. Axşam saatları
alış-veriş üçün əlverişlidir.
İntuisiyanızın səsini dinləyin.
Xərçəng - Şəxsi münasibətlər üçün ağır zamandır. Mənasız söhbətlərə
qatılmayın. Qətiyyət və iradə tələb olunan situasiyalarda
tərəfdaşınıza yardım edin.
Emosiyalarınız tündləşməsin. İşgüzar məsələlərin həllində emosional
olmayın. Kompromislər zamanı deyil. Sürəkli qaydada geri
çəkilsəniz, sizi zəif və iradəsiz insan sayacaqlar.
Günün ikinci yarısında hərəkət istiqaməti dəyişəcək. Dəyişikliklərə
nəzər salın, təmayüllərə fikir verin.
Axşam saatlarına yaxın situasiya aydınlaşacaq. Planlarınızın
qurulma konstruksiyasını, kiminlə işləyə biləcəyinizi
müəyyənləşdirə biləcək suallara cavab alacaqsınız. Qəfil tapıntı
olacaq.
Dostlarla ünsiyyətdə əhvalınız normallaşacaq. Diqqətli və qayğıkeş
olun.
Şir - Sözlərinizə diqqət edin, spontan qərarlar verməyin. Günlə
bağlı planlarınız kənar təsirlər nəticəsində təxirə düşə bilər.
Manevr imkanlarınızdan bəhrələnin.
Təmaslarda təşəbbüskar olun, maraqlarınızı tam təmin etməyə
çalışın. Yaxşı düşünülmüş və səbatlı özülü olan işlərdə irəliləyə
bilərsiniz. Fəaliyyət üçün gərəkli səviyyədə rahat şərait
yaradın.
Günün ikinci yarısında ilk baxışdan maraqlı təsir bağışlayan
təkliflərə aldanmayın. Puç ümidlər sizi yanlış yola
yönəltməsin.
Yeni eksperimentlər zamanı deyil. Stabilliyinizə real təhdid
yaradan vəziyyətlərdə inadkar olun. Əsla geri çəkilməyin.
Qız - Önəmli məsələ ilə bağlı qərar verməzdən əvvəl situasiyanı
hərtərəfli şəkildə təhlil edin.
Yeni ideyalar, mövzular, insanlar istisna deyil. Planlaşdırdığınız
istiqamətdə qətiyyətlə hərəkət edin.
Problemli sahəni maneələrlə sədlərdən təmizləyin.
Günün ikinci yarısında əlavə gəlir mənbəyi istisna deyil. Bir qədər
əvvəl əldə edilmiş razılaşmanı rekonstruksiya edin. İşlərdə əsla
tələsməyin. Qüvvələr düzümü, planlar və rollar axşam saatlarına
yaxın dəyişəcək.
Kollektivdəki situasiya sizi qıcıqlandıra bilər. Sərt reaksiya
verməzdən əvvəl təfərrüatlardan hali olun.
Tərəzi - Süst olmayın, laqeydliyə qapılmayın. Apatiya bu gün sizin
düşməninizdir. Başladığınız işləri yarımçıq qoymayın. Yaşananları
diqqətlə müşahidə edin. Emosiyalara qapılmayın, güzəştlərə meylli
olun.
Genişmiqyaslı fəaliyyət anına ciddi hazırlaşın.
Günün ikinci yarısında yaxın perspektivə hesablanmış fəaliyyətin
variantlarını şərik və tərəfdaşlarla müzakirə edin. Təşəbbüskar
olun, lider mövqelərinə yiyələnin. Mövqeləriniz güclü olarsa,
rəqibləri geridə qoya bilərsiniz.
Axşam saatlarında gəzintiyə çıxın.
Əqrəb - Hər şey göründüyü qədər sadə deyil. Buna rəğmən uğur vəd
edən zamandır. Gərəkli işləri sürətlə başa vurmaq üçün var
qüvvənizlə çalışın. Məsələləri vaxtında həll edin. Maraqlandığınız
məsələlərlə bağlı mümkün qədər çox, geniş məlumatlar əldə edə
bilsəniz, özünüzü təhlükəsizlikdə hiss edəcəksiniz.
Günün ikinci yarısında ideyalarınızı tərəfdaşlarınızla müzakirə
edin. Bəzi layihələrə yenidən qayıtmaq olar. Öhdəlikləri və
görüləsi işləri paylaşın. Mümkün qədər çox fiziki iş görməyə can
atmayın. Ehtiyatlı, sayıq olun.
Əmlak, maliyyə, vərəsəlik məsələlərini həll etmək olar. Yardıma
ehtiyac duyana kömək edin.
Oxatan - Heç nədə ifrata varmayın. Maliyyə məsələlərində qənaətli
olun. Emosiyalarınıza nəzarət edin. Mübahisəyə, şayiələrə,
münaqişələrə qatılmayın.
Yaşamınızda indi müəmmalı, sirli nüanslar artır. Onlardan qurtulmaq
asan deyil. Dəyər verdiyiniz insanları aldatmayın. Üzrxahlıq
xətadan betər olmamalıdır.
Anlaşmaları yerinə yetirin.
Günün ikinci yarısında zidd maraqların toqquşması qaçılmazdır.
Problemlərin həlli mövcud situasiyanın göstərdiyindən də
dərindədir. Effektiv olmayan təmaslardan uzaq durun. Sürətli və
dəqiq qərarlar qəbul etməlisiniz.
Axşam saatlarında duruma nəzarət edin.
Oğlaq - Günün ilk yarısında işlərinizdə aktivləşmə müşahidə
olunacaq. Cari mükəlləfiyyətlər və işlər çərçivəsində qalın. Resurs
qıtlığı yarana bilər.
Maliyyə vəsaitlərinizi bir daha hesablayın. Səhhətinizə fikir
verin, əks halda orqanizminizdə homeostaz yaşana bilər.
Günün ikinci yarısında qərarlarınız düşünülmüş, məntiqli olmalıdır.
Konkret situasiya ilə bağlı, yaxın perspektivi də düşünün.
Fiziki işlərdə xeyir var. Əhvalınız dəyişəcək. Təşəbbüskar olun,
toplantı və müzakirələrə qatılın. Daxili protestinizə effektiv
izhar yolu seçin.
Hadisələrin inkişaf məcrasını təxminləməyə çalışın.
Dolça - Günün ilk yarısı karyera məsələləri ilə məşğul olmaq üçün
əlverişli zamandır. Müəyyən proseslər dəyişir. Yeni ideyalar,
təmayüllər və təklifləri nəzərə alın.
Yaxın ətrafınızdakı insanların müqavimətini hiss etsəniz, təkid və
təzyiq etməyin. Çalışdığınız şəxslərlə işbirliyini
möhkəmləndirin.
Günün ikinci yarısında kollektivdə aktivlik artacaq. Yerdəyişmələr,
xəbərlər az deyil. Maraqlarınızın təminatına çalışın. Xəbərlərin
müzakirəsinə və mübahisələrə çox vaxt ayırmayın.
Əlverişli situasiyada süst davranmayın. Oyun qaydalarına riayət
edin, öhdəlikləri unutmayın. Vədlərinizi gerçəkləşdirin.
Balıqlar - Günün ilk yarısında qarşılaşacağınız problemlərin
həllində rasional yanaşma ilə bahəm, intuisiya da dadınıza çatacaq.
Narahat durum, qarışıq gündür. Stress şəraitində çalışmalı
olacaqsınız. Bu, əhvalınızın korlanmasına, səhhətinizdə
problemlərin yaranmasına səbəb ola bilər.
Günün ikinci yarısı qəflətən yaranan maneəni dəf etmək üçün
intellektual imkanlarınızı işə salın. Tapmacanın cavabını tapmaq
məcburiyyətində qalacaqsınız. Axşam saatlarına yaxın dəyər
verdiyiniz insanlarla ünsiyyəti intensivləşdirin. Tənhalıq,
tərki-dünyalıq hisslərindən qurtulun.