Ulduz falı – Axşam saatlarında faydalı işlə məşğul olun
Qoç
Günün ilk yarısını cari işlərin yerinə yetirilməsinə həsr edin.
Yaxın ətrafınızdakı insanlar arasında münasibətlər kəskinləşə
bilər. Günün ikinci yarısında çətinliklərlə qarşılaşmayacaqsınız.
Axşam saatlarında faydalı işlə məşğul olun.
Buğa
Istənilən işdə əhəmiyyətli addım atmaq üçün əvvəlcədən düşünün.
Gərəkli saydığınız işlərdə irəliləməyə nail olmaq üçün qətiyyətli
davranın. Ümumi işlərlə bağlı danışıqlar aparmaq olar. Səhhətinizin
qeydinə qalın, əsəblərinizi qoruyun.
Əkizlər
Maddi maraqlarınızı aktivləşdirin. Günün ikinci yarısında azad
olmaq istəyi baş qaldıracaq. Təmkinli olun. Əks təqdirdə,
problemlərdən qurtula bilməyəcəksiniz. Səhhətinizə fikir verin,
axşam saatlarında açıq havada gəzinti üçün vaxt tapın.
Xərçəng
Verdiyiniz vədləri yada salın, öhdəlikləri yerinə yetirin. Yeni işə
başlamayın. Dəyişikliklər yeni imkanlar yarada bilər. Hövsələsiz
olmayın, heç nəyi dəyişməyin. Fiziki işdə fayda var. Axşam
saatlarında istirahət edin.
Şir
Bu gün işləri yarımçıq qoymayın. Sərfəli təklif ala bilərsiniz.
Problemləri həll etmək mümkündür. Nikbin olun. Çətinliklərin
qarşısında geri çəkilməyin.
Qız
Düşünülməmiş qərar verməyin. Ehtiyatlı olun. Eşidəcəyiniz təklifi
cavablandırarkən tələsməyin, bütün variantları düşünün. Şərtlər
əlverişlidirsə, yeni layihəni reallaşdırmağa başlaya
bilərsiniz.
Tərəzi
Problemlərin bir qismindən qurtulacaqsınız və istədiyiniz kimi
hərəkət edə biləcəksiniz. Şəxsi münasibətlərdə istəklərinizi
bildirin. Daha ciddi uğurlara nail ola bilərsiniz. Istirahət etməyi
də unutmayın.
Əqrəb
Bu gün yarımçıq işləri başa vurmaq, şəxsi münasibətləri
aydınlaşdırmaq olar. Alış-verişdə bədxərclik etməyin. Hədiyyə almaq
olar. Yerinə yetirmək fikrində olduğunuz işi təxirə salmayın.
Tələsin, şansdan yararlanın.
Oxatan
Gərəksiz əşyaları saxlamayın. Evdə və iş yerində qaydaya salma
əməliyyatlarına ehtiyac var. Emosional gərginlik axşam saatlarına
qədər davam edəcək. Necə istirahət etmək barədə düşünə
bilərsiniz.
Oğlaq
Xəyallara və illüziyalara qapılmayın. Yeni işlərə başlamayın.
Ünsiyyət, romantik görüşlər üçün əlverişli gün deyil. Günün ilk
yarısı gərgin keçsə də, ikinci yarıda situasiya bir qədər müsbət
istiqamətdə dəyişəcək. Axşam saatlarında istirahət edin.
Dolça
Perspektivlərlə bağlı danışaraq razılığa gəlmək üçün uğurlu gündür.
Həmfikirləriniz və ətrafınızdakı insanlardan bəziləri ilə
davranışda aqressiv olmayın. Emosiyalara nəzarəti itirməyin. Dəyər
verdiyiniz şəxslərlə münasibətlərdə həssas olun.
Balıqlar
Işinizdə çətinlik varsa, bunun səbəblərini dəqiqləşdirin. Ev işləri
ilə məşğul olun. Bu minvalla daxili gərginlikdən qurtula
bilərsiniz. Yeni imkanlardan dərhal yararlanmağa səy göstərməyin.
Işgüzar və şəxsi münasibətlərdə uğurlu gündür.