Ulduz falı – Axşam saatlarında gəzintiyə çıxın
Qoç - emosiyaların məntiqi üstələməsinə imkan verməsəniz,
çətinliklərin öhdəsindən gələcəksiniz. Qıcıq və aqressivlik
münaqişələrə səbəb ola bilər. İxtilafları aradan qaldırın,
problemləri həll edin.
Əks cins mənsubları ilə təmaslarda diqqətli olun. Ehtiyatlı olun.
Rəqiblər və bədxahlar aktivdirlər. Onların fitnələrinə uymayın,
məkrə aldanmayın.
Günün ikinci yarısında yaxın ətrafınızdakı insanların plan və
niyyətlərindən xəbərdar olun. Problemlərin həllinə yaradıcı
yanaşın. Təxəyyül və illüziya zamanı deyil. Praktiki məsələləri
həll etməyə can atın.
Axşam saatlarında gəzintiyə çıxın.
Buğa - günün ilk yarısında təkbaşına, müstəqil çalışmaq məsləhət
deyil. Birgə fəaliyyətə və əməkdaşlığa üstünlük verin. Nüfuzlu
şəxslərdən dəstək ala bilərsiniz. Kömək və yardım məqsədə aparan
yolu qısaldacaq. Ənənələri pozmayın, yazılmamış qanunları
unutmayın. Eksperimentlər zamanı deyil. Sınanmış metodlardan
istifadə edin.
Günün ikinci yarısında romantik hisslərin əsiri olmayın.
Maraqlandığınız insanın vədlərinə inanmayın. Dəyər verdiyiniz
insanla təmasları sərinlətməyin.
Axşam saatlarında normal istirahət edin.
Əkizlər - adi günlərdən fərqli olaraq fikir ayrılıqları və
mübahisələr çoxdur. Situasiya günün ilk yarısında bəzi aktual
məsələlərin həllində çətinliklər yaradacaq. Ev işləri və ailə
qayğıları diqqəti cəmləməyə mane olacaq. Peşəkar fəaliyyət
müstəvisindəki maneələri aradan qaldırın.
Günün ikinci yarısında işdə rəhbərliyin kəskin narazılığına səbəb
olmayın.
İşlərinizə qarışan və belə müdaxilələri normal sayan adamın cavabı
sərt olmalıdır.
Mühüm məsələləri həll etmək üçün yaxşı zaman deyil. Dil tapmaq asan
deyil. Münaqişə riski artır. Emosiyaların təsiri altında
düşünülməmiş addımlar atmayın. Belədə dəyər verdiyiniz nəsnə puç
ola bilər.
Xərçəng - maraqlı və uğurlu gündür. Yaşam sizi sevindirəcək. Ən
mürəkkəb işlərə çəkinmədən başlayın. Çoxdan bəri həllini tələb edən
məsələni çözmək imkanını əldən verməyin. Gündəlik, rutin işlərin
öhdəsindən asanlıqla gələcəksiniz. Yaxın ətrafınızdakı insanları
üstələməyə çalışın. Bununla yanaşı, sizin kimi aktiv və enerjili
olmayan insanlara yardım etməyi də unutmayın.
Günün ikinci yarısı işgüzar görüş, potensial tərəfdaşlarla
danışıqlara başlamaq üçün münasibdir.
Yaxınlarınızla münasibətlər yaxşı olacaq. Son vaxtlar mübahisə
etdiyiniz insanlarla təmasları normallaşdırın. Biznesinizə pul
yatıra bilərsiniz.
Şir - həll olunması üçün etibarlı insanların yardımı gərəkən ciddi
məsələlər var. Yaxın ətrafınızdakı insanlardan biri sizə kömək
edəcək. O, sizə yardım etməyə hazırdır.
Etibarlı insanlarla işbirliyində xeyir var.
Soyuqqanlı və təmkinli olun. Belə davranışınız diqqətsiz
qalmayacaq. Diqqət mərkəzində olacaqsınız.
Günün ikinci yarısında bilik və bacarıqlarınızı artırın,
təcrübənizi zənginləşdirin. Yaşamla bağlı baxışlarınıza əhəmiyyətli
təsir edəcək məlumat ala bilərsiniz. Alış-verişdə çox pul
xərcləməyin.
Axşam saatlarında gəzintiyə çıxın.
Qız - günün ilk yarısında planlaşdırdığınız işlər normal məcrada
olmayacaq. Başa çatdıra bilmədiyiniz işləri müəyyən vaxtdan sonra
bitirə bilərsiniz. Əsəb sisteminiz bu gün xüsusilə həssasdır.
Özünüzü narahat hiss etdiyiniz məkana yollanmayın. Rəğbət
bəsləmədiyiniz insanlardan uzaq durun.
Günün ikinci yarısında pozitiv emosiyalar almağa çalışın.
Anlaşma və müqavilələr üçün əlverişli zaman deyil. Böyük gəlirlər
olmayacaq. Alış-verişdə bədxərclik etməyin. Situasiya ağırlaşarsa,
yardım istəməkdən çəkinməyin.
Çətinliklərin öhdəsindən təkbaşına gəlmək zərurəti yoxdur.
Tərəzi - kiçik, amma çoxsaylı problemlər yaranacaq. Formalaşan
çətinliklər təcili həll tələb edir. Müşküllərin çözümünə yaradıcı
yanaşın. Adi işləri ağırlaşdırmayın. Adi günlərlə müqayisədə
həmkarlarla ixtilafların sayı artır. Əks cins mənsubu ilə diqqətli
olun.
İnandığınız insan sizi aldada bilər.
Günün ikinci yarısında qarışıq və laübəli informasiyalar
alacaqsınız. Gələn məlumatları ayırd etmək üçün zamana ehtiyacınız
var. Dəvət olunduğunuz tədbir maraqsız və usandırıcıdır. Yaşam
potensialınızın səviyyəsi aşağıdır. Yaxşı görünmək üçün səyləri
əsirgəməyin.
Əqrəb - günün ilk yarısında peşəkar fəaliyyət müstəvisində və şəxsi
münasibətlərdə problemlər yarana bilər. Qarşınıza qoyduğunuz
məqsəddə yanılmayın. Yanlış yolla irəliləməyin. Səhvlərin
fəsadlarını aradan qaldırmaq gec deyil. Sürətli və aktiv olun.
Maliyyə itkiləri istisna deyil. Pula ehtiyacınız var.
Günün ikinci yarısında səfər və ya səyahətə yollana bilərsiniz.
Təkbaşına, müstəqil çalışın. Yeni tanışlıqlar olacaq. Birlikdə
çalışdığınız insanların dəyərləndirilməsində səhv etməyin.
Şübhəli davranan insanlardan uzaq durun.
Oxatan - günün ilk yarısında yaranacaq ideyaları həyata keçirmək
asan deyil. Yaxın ətrafınızdakı insanlardan yardım və ya dəstək
gözləməyin. Ruhdan düşməyin, bədbinliyə qapılmayın. İşdə
həmkarlarla, işdən kənarda isə dostlarla münasibətləri
korlamayın.
Dəyər verdiyiniz insanlar sizin problemləri və nigaranlığı
anlamayacaqlar.
Kiçik, amma xoşgəlməz maliyyə itkiləri istisna deyil.
Günün ikinci yarısı səfər və ya səyahət üçün əlverişli deyil. Səfər
yorucu ola bilər. Əhvalınız korlanacaq. Sevdiyiniz insanla
münasibətlərə önəm verin. Ən kiçik tənqidə, irada kəskin reaksiya
verməyin. Xırda məsələlər sizi qıcıqlandırmasın.
Axşam saatlarında başağrıları istisna deyil.
Oğlaq - qüvvə və potensialınızı dürüst qiymətləndirin. Öhdəsindən
təkbaşına gələ bilməyəcəyiniz işlərə başlamayın. Müttəfiq və ya
tərəfdaşlarınızın təklif etdikləri yardımlardan imtina etməyin.
Rəqibləriniz və bədxahlarınız sizinlə bağlı şayiələr yayacaqlar.
Onlar nüfuzunuza zərbə vurmağa çalışacaqlar.
Günün ikinci yarısında önəmli qərar qəbul etmək və ya mühüm
məsələni yaxınlarınızla müzakirəyə çıxarmaq məsləhət deyil. Pul və
maliyyə məsələləri ilə bağlı ailədə fikir ayrılıqları yarana bilər.
Planlarınız ciddi məsrəflər tələb edir. Səhhətinizə fikir verin.
Yoluxucu xəstəliyə tutulma riski var.
Axşam saatlarında gəzintiyə çıxın.
Dolça - ətrafınızdakı tələskənlik və qarışıqlığa rəğmən sakit,
soyuqqanlı və təmkinli olun. Diqqət və səliqə tələb edən işlərdə
uğurlara nail ola bilərsiniz.
İşdə həmkarlarla münasibətlərdə fikir ayrılıqları və ixtilaflar
yaranacaq. Mübahisələrdə haqlı olduğunuzu sübut edən məqamları
aşkarlayın, inamlı olun.
Əvvəllər sizdən asılı olmayan səbəblərə görə kəsilmiş münasibətləri
günün ikinci yarısında bərpa edə bilərsiniz. Təcrübəli və müdrik
insanların məsləhətlərinə qulaq asın. Başqalarının səhvlərini
təkrarlamamaq üçün sayıq davranın.
Axşam saatlarında normal istirahət edin.
Balıqlar - gün o qədər də pis deyil. Peşəkar fəaliyyət müstəvisində
həmkarlarla narazılıqlar, fikir ayrılıqları yarana bilər. İşgüzar
tərəfdaşlarla təmaslarda diqqətli olun.
Rəhbərliklə münaqişə yaratmayın, problemin həlli üçün dil tapın.
Qərarlar və göstərişlərin dürüst olmasına çalışın.
Günün ikinci yarısında yaranan problemləri qısa müddətdə çözə
bilərsiniz. Emosional fon əlverişlidir. Əhvalınızı korlamayın,
nikbin olun.