Ulduz falı – Axşam saatlarını ailə üzvlərinə həsr edin
Qoç - kommersiya fəaliyyəti üçün yaxşı gündür. Anlaşmalar və
müqavilələr sərfəli olacaq. Ticari əməliyyatlar effektiv nəticələr
verəcək. Yeni biznes-ideyalar pis alınmayacaq. Həmin ideyalardan
bəzilərini reallaşdırmaqda dəstək və yardım alacaqsınız.
Günün ikinci yarısında yaxşı tanımadığınız insanlarla ünsiyyətdə
diqqətli və qayğıkeş olun. Yaxınlarınız, dostlarınız və ya
tanışlarınızdan biri ümidləri doğrultmayacaq.
Axşam saatlarını ailə üzvlərinə həsr edin.
Buğa - yaxın ətrafınızdakı insanları anlamağa çalışın. Onların
davranışlarının, əməllərinin səbəb və motivlərini araşdırın. Ən
qəribə qərarların trivial səbəbləri var.
Əvvəllər kəsilmiş əlaqələrin və pozulmuş münasibətlərin bərpası
üçün əlverişli zamandır. İnsanlarla manipulyasiya etməyin.
Etibardan sui-istifadə etməyin. Səmimi olmağa can atın.
Günün ikinci yarısında gəlirlər istisna deyil. Gəlir mənbələri
gözlənilməz olacaq. Bahalı hədiyyə ala bilərsiniz. Axşam
saatlarında gəzintiyə çıxmaq olar. Uzaqdan gəlmiş insanlarla
təmaslarda mövqelərinizdən geri çəkilməyin.
Əkizlər - ciddi səhvlərə yol verməyin. Yanlışlıqların fəsadları
ağır ola bilər. Sərt tənqid obyektinə dönəcəksiniz. Hər şeyə rəğmən
əhvalınızı pozmayın.
Çoxdan bəri birlikdə çalışdığınız tərəfdaşınız yeni layihəni təqdim
edəcək. Dostlar da işlərinizlə maraqlanacaqlar. İdeyalarınızın
hamısını açıqlamayın. Bələd olmadığınız insanlarla sirlərinizi
bölüşməyin.
Günün ikinci yarısında mənfi təmayüllərin təsiri artacaq. Ruhdan
düşməyin, bədbinliyə qapılmayın. Saatlar keçdikcə vəziyyət
normallaşmağa başlayacaq.
Bütün diqqəti ciddi işlərə yönəldin. Başladığınız işləri başa
çatdırın. Gözlədiyiniz mükafatı ala bilərsiniz. İşləri bitirməyə
can atmayın. Belə davranış yalnız ifrat yorğunluğa səbəb
olacaq.
Xərçəng - günün ilk yarısında ən yaxşı məziyyətlərinizi nümayiş
etdirməyə çalışın. Yaxınlarınızın rəğbətini qazana bilərsiniz.
Dəyər verdiyiniz insanlarla ünsiyyətdə həssas olun. Nüfuzlu
insanlarla təmaslar işgüzar fəaliyyət baxımından maraqlı ola bilər.
Şəxsi münasibətlərdə dəyişikliklər istisna deyil.
Günün ikinci yarısında mühüm görüşü qeyri-formal şəraitdə keçirmək
olar.
Axşam saatlarına yaxın gəzintiyə və ya səfərə yollanmaq olar. Ailə
üzvləri ilə səmimi və qayğıkeş olun. Sevdiyiniz insana vaxt
ayırın.
Maraqlı tanışlıqlar ola bilər.
Şir - diqqətli və sayıq olun. Etibarlı olduğunu indiyədək dəfələrlə
göstərmiş insanlarla çalışın. Belələrinə inanmaq olar. Rəqib və ya
bədxahların məkrli intriqalarının qurbanına çevrilməyin. Ciddi
maliyyə itkiləri ola bilər. İş yerini dəyişmək, yeni
səlahiyyətlərin icrasına başlamaq məsləhət deyil.
Günün ikinci yarısında aktiv olun. Məsləhət üçün təcrübəli
insanlara müraciət edə bilərsiniz. Həddən artıq sayıq, sərvaxt
olun. Aşkar və qaçılmaz təsir bağışlayan qərarlar əslində
yanlışdır.
Yaxınlarınızla münasibətlərdə fikir ayrılıqları, ixtilaflar istisna
deyil. Səy göstərsəniz, ciddi münaqişələrdən yayınmaq mümkündür.
Səbr və sakitlik ən yaxşı müttəfiqləriniz olacaq.
Qız - uğurlu və yaxşı gündür. İndiyədək yerinə yetirməyə cəsarət
etmədiyiniz işin öhdəsindən gələcəksiniz. Ən ağır problemi sürətlə
həll edə bilərsiniz. İşgüzar tərəfdaşlar və həmkarların dəstəyi çox
önəmlidir. Yeni layihə ilə bağlı prosesdə etibarlı müttəfiq və
hətta dost olacaq insanla tanış ola bilərsiniz.
Günün ikinci yarısında müsbət təmayüllərin təsiri artacaq.
Yaxınlarınızla səmimi münasibətlərdə olun. Axşam saatlarında ailə
üzvləri ilə gəzintiyə yollana bilərsiniz. Axşam saatlarında
başlanacaq münasibətlər bir müddət sonra ciddi əlaqəyə çevrilə
bilər.
ƏTRAFLI
Orbit
Tərəzi - günün ilk yarısında diqqətli olun. Sizi tanıyan insanları
təəssüfləndirməyin. Hiyləgər və fəndgir davranmayın. İşdə
subordinasiya qaydalarını unutmayın. Daha yüksək mövqe və ya vəzifə
tutanlarla söhbətlərdə diqqətli olun. Rəhbərliklə müzakirələrdə
kompromislərə hazır davranın.
Günün ikinci yarısında yaxınlarınızla münasibətlərdə problemlər
yaranacaq. Səy göstərsəniz, münaqişə və ixtilaflardan uzaq dura
bilərsiniz. Problemi sakit və konstruktiv şəkildə müzakirə
etməsəniz, çətinliklərin fəsadlarının təsiri uzun müddət davam edə
bilər.
Axşam saatları maliyyə məsələləri ilə bağlı önəmli qərarlar qəbul
etməyin.
Əqrəb - günün ilk yarısı işgüzar fəaliyyət üçün əlverişlidir.
Həllini tələb edən məsələlər nə qədər ağır və çətin olarsa da,
qərarlara şübhə etməyin. Peşəkar fəaliyyət müstəvisində uğurlara
nail olmaq üçün orijinal həll yollarını arayın. Məhz belə
davransanız, rəqibləri üstələyərək bədxahları arxada
qoyacaqsınız.
Günün ikinci yarısı yaxınlarınızla birgə fəaliyyət üçün münasibdir.
Maraqlı iş tapa bilərsiniz. Yeni tanışlıq istisna deyil.
Oxatan - tənbəllik etməsəniz, süst davranmasanız, ekspermentlər
aparmaq, yenilikləri sınaqdan çıxarmaq olar. Çətin məsələlərin
həllinə başlayanda və ya genişmiqyaslı məsələlərlə məşğul olanda
diqqətli davranın. İlkin mərhələlərdə çətinliklərə hazır olun. Geri
çəkilməyin, ruhdan düşməyin. İşləməyə davam edin. Nəticələr az
sonra əyan olacaq.
Günün ikinci yarısı yeni tanışlıqlar və peşəkar fəaliyyət
müstəvisindəki fərqli təmaslar üçün əlverişlidir. Səbrli olun. Yeni
layihədə proses sürətli deyil.
Axşam saatlarında normal istirahət edin.
Oğlaq - yalnız öz qüvvənizə bel bağlayın. Sizə yardım vəd etmiş
insanlar sözlərinizin üstündə durmayacaqlar. Aqressiv və sərt
olmayın. Situasiya əlverişsiz olsa da, geri çəkilməyin. Az sonra
karınıza gələcək məlumatlar alacaqsınız.
Günün ikinci yarısında nüfuzlu insanla söhbətdə diqqətli olun. Əks
tərəfdə özünüzlə bağlı xoş təəssürat yaratmağa çalışın.
Axşam saatlarına yaxın böyük planlar qurmayın. İşlər
hesabladığınızdan artıq vaxt tələb edəcək. Bütün işləri yerinə
yetirmək mümkün deyil. Ağır fiziki işlərdən imtina edin.
Uzunmüddətli, yorucu fəaliyyət məsləhət deyil.
Dolça - izafi diqqət cəlb etməyin. Uğurlarınız və
nailiyyətlərinizlə qürrələnməyə dəyməz. Yaxın ətrafınızdakı
insanlar arasında irəliləyişinizə sevinənlər çox deyil. Paxıllıq
edənlərin sayı artır. İşlərinizə mane olmağa çalışacaqlar.
İstənilən mühüm söhbətləri və müzakirələri ertələyin. Vədlər
verməyin, ağır işlərə boyun olmayın.
Günün ikinci yarısında qohumlar və yaxınlarla təmasda xeyir var.
Ağrılı məsələləri müzakirə etməyin. Axşam saatlarında gəzintiyə
çıxın.
Balıqlar - günün ilk yarısında müstəqil fəaliyyət göstərə
bilərsiniz. Təkbaşına çalışın, müstəqil olun. Müttəfiqlər və
dostlar bir qədər sonra sizə yardım edəcəklər. Mükafatı və ya
gəliri bölüşün. İşdə rəhbərliklə münasibətlər korlana bilər. Sərt
və aqressiv davranmayın, tənqidlə iradları hələlik unudun.
Günün ikinci yarısında səlahiyyət çərçivəsindən kənara çıxmaq
olar.