Ulduz falı – Alış-verişdə istədiyiniz əşyanı ala bilərsiniz
Qoç - sakit və təmkinli davranın. Təxribatlara uymasanız, gün yaxşı
keçəcək. Yaxın ətrafınızdakı insanlar səbrinizi tarıma çəkəcəklər.
Belə tələlərə düşməyin. İş yerini dəyişmək, yeni tanışlıqlara can
atmaq məsləhət deyil.
Günün ikinci yarısı şəxsi münasibətlər baxımından pis deyil. Axşam
saatlarına yaxın tək qalın, düşünüb-daşının. Ailə üzvlərindən biri
ilə fikir ayrılıqları yarana bilər.
Buğa - əlverişli zamandır. Yaranmış şəraitdən faydalanmağa çalışın.
İstənilən situasiyada yaxşı nə isə var. İşgüzar danışıqlar pis
keçməyəcək. Nüfuzlu insanların dəstəyini ala bilərsiniz. Onlar
genişmiqyaslı planı və ya layihəni həyata keçirmək üçün müttəfiq
tapın.
Günün ikinci yarısında gəlirlər olacaq. Alış-verişdə istədiyiniz
əşyanı ala bilərsiniz. Axşam saatlarına yaxın romantik təmaslar ola
bilər. Münasibətlər bir qədər sonra ciddi əlaqələrə çevriləcək.
Əkizlər - yaşananlara rəğmən təmkini itirməyin. Soyuqqanlı
davranın, atacağınız addımların tələsik olmamasına çalışın. Yaranan
istənilən problemin və ya çətinliyin öhdəsindən gələ biləcəksiniz.
İşdə fikir ayrılıqları ola bilər. Mövqeyinizi müdafiə edin, geri
çəkilməyin.
Günün ikinci yarısında hadisələrin inkişafı düzgün mövqe
tutduğunuzu göstərəcək.
Axşam saatları peşəkar fəaliyyətlə bağlı önəmli məsələlərin
müzakirəsi və həlli üçün yaxşıdır. Şəxsi münasibətlərdə diqqətli
olun. Yeni tanışlara planlarınızdan danışmayın. Onlar ilk baxışdan
göründüyü kimi deyillər.
Xərçəng - günün ilk yarısında müsbət təmayüllərin təsiri artacaq.
Çətinliklər yaranarsa, narahat olmayın. Problemlər müvəqqətidir və
onları çözmək olar. Əvvəlcədən hazırladığınız plana qayıdın. Çoxdan
bəri düşündüyünüz məsələni həyata keçirin. İşdə önəmli məsələlərin
müzakirəsi üçün yaxşı gündür.
Günün ikinci yarısında yeni işə çıxmaq olar.
Ailə üzvləri ilə münasibətlər rəvan və harmonik olacaq. Qayğıkeş
olun. Münaqişə və qarşıdurmalara yol verməməyə can atın. Ünsiyyətdə
çətin olan insanla dil tapmağa can atın.
Şir - günün ilk yarısı o qədər də uğurlu deyil. Əhvalınız korlana
bilər. İşdə problemlər, maliyyə çətinlikləri istisna deyil. Narahat
olmayın. Saatlar keçdikcə vəziyyət yaxşılaşmağa başlayacaq. Nikbin
olun, qüvvə və potensialınıza güvənin.
Xoş görüşlər olacaq. Dəyər verdiyiniz insanla qarşılaşacaqsınız.
Ailə münasibətləri ilə bağlı mühüm məsələləri müzakirə etmək
olar.
Günün ikinci yarısında yeni layihəni həyata keçirməyə hazır olun.
Aktiv və enerjili olun, qarşınıza qoyduğunuz məqsədə çatmağa
çalışın.
Axşam saatlarında gəzintiyə çıxın.
Qız - günün ilk yarısı mürəkkəb keçəcək. Gərəkli nəticəyə nail
olmaq üçün çox çalışmalı olacaqsınız. Yardımlarına bel bağlamağa
adət etdiyiniz insanlar sizi yarıyolda qoya bilərlər.
Adi günlərdən fərqli olaraq işdə həmkarlarla münasibətlər
gəriləcək, fikir ayrılıqları və ixtilaflar yaranacaq. İndiyədək bir
kəlmədən anladığınız insanlarla dil tapmaq çətinləşəcək.
Şəxsi münasibətlərdə situasiya yaxşı deyil. Qarşılıqlı iradlar,
qısqanclıq və umu-küsü anlaşmaya mane olacaq. Yaranan problemlərin
səbəblərini anlamağa çalışın. Çətinlikləri aradan qaldırmağın
alternativ, amma effektiv yollarını arayın.
Tərəzi - köhnə problemləri unutsanız da, onlar sizi unutmayıblar.
Çətinlikləri sürətlə, qısa müddətdə həll etmək asan deyil. Ruhdan
düşməyin, bədbinliyə qapılmayın. Diqqətinizi cari işlərə yönəldin.
Bir müddət sonra yeni işlərin həllinə başlaya bilərsiniz.
Günün ikinci yarısında işgüzar danışıqlar pis keçməyəcək. Qarşı
tərəfdə özünüzlə bağlı xoş təəssürat yaratmağa çalışın.
Axşam saatları yaradıcılıq fəaliyyəti üçün yaxşıdır.
Dünyagörüşünüzü, biliklərinizi artırın. Yeni hobbi artıra
bilərsiniz. Maraqlı tanışlıqlar olacaq.
Dəvət aldığınız tədbirə qatılın. Diqqət mərkəzində olacaqsınız.
Əqrəb - günün ilk yarısı sakit olacaq. Bir qədər əvvəl başladığınız
işi başa vurun. Fəaliyyət müstəvisində qayda yaradın, nizamı bərpa
edin. Ötən həftədə əməkdaşlıq və ya tərəfdaşlıqla bağlı əldə
etdiyiniz razılaşmanı yaddan çıxarmayın.
Günün ikinci yarısında peşəkar mövqelərinizi möşkəmləndirin.
Bədxahlarınızı zərərsizləşdirin. Çox nüfuzlu düşmənin məkrli
planlarının qarşısını alın.
Gəlirlər, uğurlu sövdələşmələr istisna deyil. Axşam saatları şəxsi
münasibətlər baxımından münasibdir. İntuisiyanız kəskin olmalıdır.
Yaxınlarınız sizi anlayacaqlar.
Oxatan - günün ilk yarısında bütün işlər asan olmayacaq. Kiçik
çətinliklər və problemlərlə qarşılaşanda geri çəkilməyin. Dürüst
davranın. Qətiyyətli və iradəli olsanız, yaxşı nəticələrə nail ola
bilərsiniz. Məhz bu məziyyətləriniz sizə peşəkar fəaliyyət
müstəvisində irəliləyişə təkan verəcək insanların diqqətini cəlb
edə bilər.
Günün ikinci yarısında ambisioz planlarınızdan birini həyata
keçirməyə can atın. Axşam saatlarına yaxın qəfil hədiyyə, romantik
sürprizlər olacaq.
Əks cins mənsubları ilə təmaslarda həssas və qayğıkeş olun. Laqeyd
davranmayın.
Oğlaq - anlaşmalar və sərmayələr üçün əlverişli zaman deyil.
Maliyyə məsələlərində ehtiyatlı olun. Uğurlu gündür, problemlər
ciddi deyil. Çətin məsələləri həll etməyə çalışın. Kimsədən kömək
gözləməyin, kimsəyə bel bağlamayın. İşgüzar müzakirələr və
danışıqlar pis keçməyəcək.
Günün ikinci yarısında əldə edilmiş anlaşmalar və razılıqlar
müvəqqətidir.
Səfərlər üçün münasib zamandır. Görüşlər və təmaslarda
təxəyyülünüzü işə salsanız, nəticələr pis olmayacaq. Yeni
tanışlıqlar olacaq. Amma onlar ciddi münasibətlərə çevriləcək.
Dolça - nəzərdə tutduğunuz işləri həyata keçirə bilərsiniz.
Tələskənliyə yol verməyin. Vurnuxmalara qatılmayın. Yalnız etibar
etdiyiniz, sınanmış müttəfiqlərlə çalışın. Bir zamanlar yardım
etdiyiniz insanlara kömək etməkdən çəkinməyin. Müraciətiniz
qulaqardına vurulmayacaq. Qəfil işgüzar təkliflərin alınması
istisna deyil.
Günün ikinci yarısında həmin təkliflərdən birini dəyərləndirsəniz,
gəlir əldə edə bilərsiniz. Axşam saatlarında səfərə yollanın.
Yaxınlarınıza hədiyyə verin, onları sevindirin. Dəyər verdiyiniz
insanların qayğısına qalın.
Balıqlar - risk etməkdən çəkinməyin. Yeni işlər və layihələrdə sizi
uğurlar gözləyir. Nüfuzlu insanlarla, məmurlarla təmaslar,
sənədləşdirmə üçün yaxşı gündür. Danışıqlar və müzakirələr üçün
yaxşı gündür.
Sınaqdan uğurla çıxacaqsınız.
Günün ikinci yarısında yaxınlarınıza yardım edin. Ailə
problemlərini həll edə bilərsiniz. Tanışlarınızın sizə rəğbəti
artacaq. Alış-verişdə istədiyiniz əşyanı ala bilərsiniz. Səhhətiniz
üçün profilaktik tədbirlər effektiv ola bilər. İmiclə
eksperimentlər pis alınmayacaq.