Ulduz falı: 7 iyun, 2023-cü il
Qoç

İndi edilən kiçik praktik dəyişikliklər sonradan sizə böyük mükafatlar qazandıra bilər.

Lakin bəzi Qoçlar bu gün bəzi məqamlarda əsəbi ola bilər. Həyatınızda tarazlıq haqqında bir qədər narahat bir hiss yaşaya bilərsiniz, sanki irəli və geri gedirsiniz. Bir tərəfdən diqqətli olmaq və yavaşlama ehtiyacı hiss edə bilərsiniz, digər tərəfdən bir arzunun arxasınca getmək üçün təzyiq və səbirsizlik hiss edə bilərsiniz.

İşləri irəli aparmazdan əvvəl planları dəqiq tənzimləmək və detallarla məşğul olmaq məntiqli ola bilər. Hələlik, daxili aləminizdə vəziyyəti sakitləşdirməyincə, xarici aləmlə döyüşməmək daha yaxşıdır.

Buğa

Gün sizin daha çox istirahət və düşünməyə ehtiyac olduğunuzu göstərir. Bu yaxınlarda yeni vəzifəyə təyinat ala bilərsiniz. Amma bu müvəqqəti olaraq daha məhdudlaşdırıcı və ya yorucu görünə bilər. Başqalarının qarşısındakı məsuliyyətlər ev işlərinə mane ola bilər.

Maneə ilə qarşılaşdığınız zaman sərhədlər təyin etmək və ya geri çəkilmək cəhdləri faydalı ola bilər. Bəzi işlərinizdə zamanlama səhv ola bilər, yəni düzgün zaman süeçməmiş ola bilərsiniz.

Gecikmələrlə qarşılaşsanız, bunu bir yönləndirmə kimi qəbul edin və yönləndirmənin sizi daha yaxşı bir yola aparacağını düşünün.

Bu gün işlərin öz axarı ilə getməsinə imkan verin, bu sizin üçün daha asan olacaq. Komanda işi faydalı ola bilər. Bacarıqlarınız və perspektivləriniz haqqında yaxşı təsəvvürə malik olmaq qərar qəbul etməyi asanlaşdırır.

Əkizlər

Bu gün hansısa ideya və ya layihə ilə bağlı bəzi narazılıqlarla rastlaşa bilərsiniz.

Və ya öz yolunuzu və taleyinizi yazmaq istəyinə düşə bilərsiniz.

Amma məsuliyyətlər, öhdəliklər qarşınıza çıxır.

Odur ki, daha diqqətli olmağa çalışın.

Planlarınızın təfərrüatları diqqət mərkəzində olmaya bilər.

Lakin siz addım atdıqca, nə istədiyinizə əminlikə qərar verə biləcəksiniz.

Bu arada qəti planlar qurmamağa çalışın. Bu gün sizin üçün nəyin daha yaxşı olduğunu diqqət mərkəzində saxlamaq daha asan olacaq.

Həyatınızı, nizama salmağa çalışın.

Xərçəng

Enerji səviyyələriniz bu gün yaxşı vəziyyətdə olmaya bilər. İstəkləriniz və növbəti addımınızla bağlı özünüzü günahkar və ya qərarsız hiss edə bilərsiniz. Vəzifə və məsuliyyətlərinizdən həddən artıq yüklənmiş hiss edə bilərsiniz. Nə olursa olsun, onlar müvəqqətidir. Gün sizə işləri yavaş-yavaş və düzgün şəkildə etməyi xatırladır. Öhdəlikləriniz həmişəkindən daha məhdudlaşdırıcı görünə bilər. Çünki onlar öz işinizlə məşğul olmaq istəyinizlə ziddiyyət təşkil edir. Bəzi incikliklər üzə çıxa bilər. Bu incikliklərin davranışınızı idarə etməsinə icazə verməkdənsə, onlardan öyrənməyə çalışmalısınız.

Şir

Bu gün hansısa məqamda özünüzü həbsdə və ya başqaları və ya şərtlərlə məhdudlaşdırılmış hiss edə bilərsiniz.

İnsanlar sizi ləngidir və ya istəklərinizi həyata keçirməyə mane ola bilər. Münasibətlərdə hisslərin dərinliyi və ya möhkəmliyi ilə bağlı sual yarana bilər. Düzəlişlər etmək vaxtıdır, özünüzü daha inamlı hiss etdiyiniz və vaxtın doğru olduğu anı gözləyin. Gün irəlilədikcə əhvalınız düzəlir.

Özünüzü olduğunuz kimi qəbul etmək əsas emosiya ola bilər. Sizi ruhən qidalandıran, daha təhlükəsiz və rahat hiss etdiyiniz yerə aparacaq bu hisslər üçün tezliklə minnətdar ola bilərsiniz.

Qız

Bu gün ümumiyyətlə işləmək, öyrənmək və paylaşmaq üçün yaxşı vaxtdır. Bununla belə, kiçik gecikmələr və ya vaxt problemləri yarana bilər. İrəli getmək cəhdlərinin qarşısı alınmış kimi görünür. Basdırılmış istəklər birdən-birə ortaya çıxa bilər, incikliklər də! Bu gün özünüzü kənarda hiss edə bilərsiniz. Tərəfdaşınızla aranızda fasilə yarana bilər və ya hərəkətə keçməyinizə mane olan gecikmə ola bilər. Bununla belə, kiçik narahatlıqlar nəticədə daha çox anlayışa səbəb ola bilər.

Gün keçdikcə sakitləşəcəksiniz və sakit düşünmək daha asan olacaq.

Tərəzi

Məsuliyyətlər və ya qaydalar bu gün həmişəkindən daha ağır görünə bilər. Yəqin ki, indi sizə çəkilən sərhədləri daha aydın görürsünüz və onlara görə az narahat olursunuz. Düzgün vaxt seçməmisiniz. İnsanlar niyyətlərinizi və ya hərəkətlərinizi səhv şərh edə bilər.

Yaxşı olardı ki, lazımi düzəlişləri etməyə diqqət edəsiniz. Risk etməyin.

Gün keçdikcə məyusluqlarınız keçəcək. Bəzi insanlarla məsafənizi artırmağa cəhd edə bilərsiniz.

Əqrəb

Bəzi məqamlarda bu gün məsuliyyətlər sizin üçün daha çətin görünə bilər. Gün içində motivasiyanızı çökdürəcək, bəzi uğursuzluqlar ola bilər.

Sizin üçün uğurlu gün deyil. Sanki bu gün hansısa bir qüvvə sizi istəklərinizdən geri atır.

Biznesin dərinliyinə getmədən əvvəl hər şeyin qaydasında olduğundan əmin olmaq yaxşı bir fikir ola bilər.

Tənqid sizi əsəbləşdirə bilər, iamma nəticədə sizə kömək edə bilər. Düzgün və yaxşı niyyətli yerdən gəldiklərinə əmin olduğunuz müddətcə onlara qulaq asın. Gün hisslərinizi aktivləşdirir və sizə hər şeyin öhdəsindən gələ biləcəyinizi hiss etdirir.

Oxatan

Sakitləşin. Bu sizin üçün çox vacibdir.

Həyatın adi səs-küyündən qaçmağa çalışırsınız.

Amma bu gün bu mümükn kimi görümür.

Gün həyatınızın yeni nizama ehtiyacı olduğunu göstərə bilər. Nəticədə, siz asılılıqlarınızı və ya pula münasibətinizi dəyişməli olduğunuzu görə bilərsiniz. Yaxınlarınızla işləmək əvəzinə bir-birinizin yolunu kəsdiyinizi hiss edə bilərsiniz. Praktiki məsələlərə və təfərrüatlara diqqət yetirmək, vaxtla bağlı problemlər düzələnə qədər yaxşı nəticə verə bilər.

Özünüzü çox yormayın. Buraxın bu gün sizin əvəzinizə də düşünsünlər.

Oğlaq

Bu gün yeni işə başlamaq və ya iş rejiminizi dəyişdirmək üçün mükəmməl vaxt olmaya bilər. Hisslərinizi çatdırmaqda çətinlik çəkə və ya başqalarının sizə qarşı laqeyd olduğunu hiss edə bilərsiniz. Hər halda, məhdudiyyətlər adi haldan daha ağırdır.

Bir şeylə irəliləmək istəyə bilərsiniz, ancaq onu həyata keçirməyə və ya insanları inandırmaq üçün düzgün sözləri seçməyə gəldikdə, özünüzdən istədiyiniz performansı göstərə bilməzsiniz. Bu problemlərin kökündə qorxu dayanır və bəlkə də səbirlə onunla mübarizə aparmaq daha yaxşıdır. Güvəninizi bərpa edə bilənə qədər gözləmək yaxşı fikirdir.

Dolça

Bu gün əsasən pul məsələlərində etibarsızlıq yarana bilər.

Başqa bir səviyyədə, bu, inam, özünə dəyər və başqalarının sizə dəyər verib-verməməsi ilə bağlı ola bilər.

Gün içində idarə oluna bilən müsbət, məhsuldar işlərə fokuslansın. Bu günün enerjiləri incə ambisiyalar üçün yaxşıdır.

Siz həyatda daha incə şeyləri qiymətləndirirsiniz və gələcəyinizi bir şəkildə təmin etmək üçün səy göstərməlisiniz.

Vəzifələrinizi və başqalarının gözləntilərini daha güclü hiss edirsiniz.

Məsuliyyətlərinizin nə olduğunu bilirsiniz. Hərdən bir xarakterinizi düşünün. Laqeyidlik sevgisizlik doğrur.

Balıq

Bu gün sizə zaman-zaman vəzifə və ya öhdəliklərin ağırlığını hiss etdirə bilər. İstəklərinizi həyata keçirmək üçün gözləyin.

Nəsə etmək və ya irəliləmək istəyiniz güclüdür, lakin aradan qaldırılması üçün maneələr ola bilər.

Məsələn, hazırda planlarınızı pozan səhhət və ya iş probleminiz ola bilər və ya özünüzü müvəqqəti olaraq zəif hiss edə bilərsiniz. Bu hisslər sizi müsbət istiqamətdə istiqamətləndirə bilər. Gün içində məyuszluğunuz keçəcək. Həyatda nəyiniz çatmır? Sevgimi? O da gəlib sizi tapacaq, rahat olun.
Print ელ. ფოსტა
FaceBook Twitter Google