Ulduz falı: 30 noyabr, 2023-cü il
Qoç, 30 noyabr, 2023-cü il

Vacib işləri görməyə tələsməyin. Günün birinci yarısı xırda problemləri həll etmək, kiçik işləri qaydasına salmaq və bəyəndiyiniz insanlarla xoş söhbətlər etmək üçün əla zamandır.

Günün ikinci yarısı isə, tamamilə fərqli olacaq. Qətiyyət və əzmkarlıq göstərməyə dəyər.

Bu keyfiyyətləriniz sayəsində siz biznesdə əsl sıçrayış əldə edə, əvvəllər edə bilmədiyiniz işlərin öhdəsindən gələ bilərsiniz. Şəxsi münasibətlərdə yaxşılığa doğru dəyişikliklər gözlənilir.

Yaxınlarınız, yeni tanışlarınız sizi həvəslə qarşılayır, yardım etməyə, dəstək olmağa çalışırlar.

Buğa, 30 noyabr, 2023-cü il

Həyatınızda heç nə yaxşı getmir. Amma heç bir çətinlik sizi planlarınızdan əl çəkməyə və ya əvvəllər başladığınız işdən əl çəkməyə məcbur edə bilməyəcək.

Bəzən sübut edilmiş üsullardan istifadə edərək belə, məqsədə çatmaq mümkün olmur. Bəzən məqsədə çatmaq üçün yeni bir yol axtarmalı olursunuz. Bu yolu isə intuisiyanız göstərir. Hərəkətlərinizin motivləri ətrafınızdakılara dərhal aydın olmasa da, bir az sonra hamı sizi başa düşəcək.

Günortadan sonra praktiki məsələlərin həlli üçün əlverişli zamandır. Bəzi Buğalar başqalarına faydalı olmaqdan qürur duyur. Və çalışırlar ki, ətrafdakı insanlara faydalı işlər görsünlər.

Əkizlər, 30 noyabr, 2023-cü il

Hər şey istədiyiniz kimi alınmasa da, təslim olmur, ruhdan düşmürsünüz. Yeni bir iş götürə bilərsiniz, ancaq əvvəlcə başladığınız işi uğurla başa vurduğunuzdan əmin olmalısınız. Bunu etməsəniz, diqqətinizi cəmləyə bilməyəcəksiniz.

Çünki bəzi xırda problemlər sizi vacib işlərdən yayındıra bilər.

İstənilən söhbət zamanı ehtiyatlı olmağa çalışın. Bir anlıq emosiya ilə dediyiniz sözlər sonradan sizə zərər verəcək. Sözlərinizin hansı nəticələrə səbəb ola biləcəyini öncədən düşünün.

Önəm verdiyiniz insanlarla yumşaq davranmağa çalışın.

Xərçəng, 30 noyabr, 2023-cü il

Təşəbbüskar bir xarakteriniz var. İstədiyinizi mümkün qədər tez əldə etməyə çalışırsınız. Bu strategiya biznesin əsasıdır. Məhz təşəbbüsləriniz sayəsində mühüm məqsədlərə nail olursunuz. Ancaq şəxsi münasibətlərdə nəticə heç də həmişə istədiyiniz kimi olmur. Çox vaxt digər insanların düşüncələrini başa düşmür, başqalarının hiss və istəklərinə məhəl qoymursunuz.

Yaxınlarınızın verdiyi məsəəhətləri dinləməyə dəər. Bu gün verilən məsləhətlər və başqalarının təcrübəsi əvvəllər yalnız öz sağlam düşüncələrinə güvənən Xərçənglər üçün belə faydalı ola bilər.

Şir, 30 noyabr, 2023-cü il

Ciddi olmağa çalışın. Həyatı bu qədər rahat və sakit qəbul etməyin. Üzərinizə götürdüyünüz bəzi işlərdə işdə yaxşı nəticələr əldə edəcəksiniz. Gün çox yaxşı keçəcək. Yeni tanışlarınız sizə kömək edəcək.

Birgə və ümumi iş dostluq münasibətlərinin başlanğıcı ola bilər.

İnsan hər zaman sevdikləri ilə ümumi dil tapa bilmir. Bəzən bu çox çətin olur. Onlar sizi həmişəkindən daha çox tənqid edir və xoşagəlməz ifadələr işlədə bilərlər. Yumor hissi gərgin anlardan qaçmağa və vəziyyəti sakitləşdirməyə kömək edəcək.

Ən sərt insanlar belə yanınıda olanda əhval-ruhiyyəsi yaxşılaşır.

Qız, 30 noyabr, 2023-cü il

Günün birinci yarısı olduqca gərgin olacaq. Bu zaman eyni anda bir neçə işlə məşğul olmalı olacaq, buna görə qarışıqlıq yaranacaq. Başladığınız hər şeyi vaxtında bitirmək çətin olacaq. Ancaq düzgün prioritet qoya bilsəniz, gecikmələr böyük problemlər yaratmayacaq.

Günün ikinci yarısı maraqlı görüşlər vəd edir. Haqqında çoxlu xoş sözlər eşitdiyiniz insanlarla ünsiyyət qurmaq fürsəti yaranacaq. Xoş söhbətlə uzun bir dostluq başlaya bilər. Kiçik alış-verişlər gözlənilir. Bu gün bəzi sahələrdə uğur da qazana bilərsiniz.

Tərəzi, 30 noyabr, 2023-cü il

Gün əla başlayacaq. Günün birinci yarısında çoxdan planlaşdırdığınız işləri görə biləcək, bir çox planları həyata keçirə biləcəksiniz. Bu gün işləriniz o qədər tez və rahat həyata keçəcək ki, başqa işlərlə məşğul olmağa belə zamanınız qalacaq.

Rəqibləriniz sizinlə ayaqlaşa bilməyəcək. Müttəfiqlərdə sizə yardım edəcək. Rəqibləriniz sizə çata bilmək üçün hələ çox çalışmalıdırlar.

Amma gün keçdikcə, enerjiniz azalacaq. Bəzi Tərəzilər bir müddət hər şeyi atıb dincəlmək istəyəcəklər. Şərait imkan verirsə, özünüzə qısa fasilə verin. Bir müddət istirahətdən sonra özünüzü daha ayıq və enerjili hiss edəcəksiniz. Köhnə dostları görmək imkanı olacaq. Birlikdə gözəl vaxt keçirəcəksiniz.

Əqrəb, 30 noyabr, 2023-cü il

Bu gün bütün işlər səbr tələb edir. Planlarınızı dərhal həyata keçirmək mümkün olmayacaq. Qarşınızda bəzi maraqlı ideyalar var. Amma siz bəzən öz imkanlarınızı həddən artıq çox qiymətləndirirsiniz. Bu səbəbdən də, planlarınızı həyata keçirməyə başlamazdan əvvəl təcrübəsinə və fikrinə etibar etdiyiniz bir insanla məsləhətləşməlisiniz.

Unutmayın ki, kiçik çətinliklərin öhdəsindən gəlmək olar.

Səhv addım atdığınız zaman ruhdan düşməyin. Unutmayın ki, şərtlərin necə inkişaf etməsindən asılı olmayaraq, təslim olmayan və planlarından əl çəkməyənlər mükəmməl nəticə əldə edə bilir.

Oxatan, 30 noyabr, 2023-cü il

Günün əvvəlində xoşagəlməz hadisələr və uğursuz təsadüflər gözlənilir. Hər şey plana uyğun getməyəcək, bəzi işləri vaxtında tamamlaya bilməyəcəksiniz. Amma müsbət tendensiyaların təsiri zaman keçdikcə artacaq, sizin üçün yeni imkanlar açılacaq. Siz bu imkanların heç birini əldən verməyəcəksiniz.

Xoş tanışlıqlar gözlənilir. İndi iş görmək sizin üçün maraqlı olacaq, yeni iş ortaqlarınız və müttəfiqləriniz olacaq. Günün ikinci yarısı ailə üzvlərindən biri ilə bağlı xoş xəbər alacaqsınız.

Oğlaq, 30 noyabr, 2023-cü il

Bu gün bəzi çətinliklər yarana bilər.Amms siz onları aradan qaldırmağın yollarını bilrisiniz. Dostlar və köhnə tanışlar tez-tez sizə kömək edəcəklər. Onların dəstəyi ilə əvvəllər öhdəsindən gələ bilmədiyiniz işlərdə uğur qazanacaqsınız.

Müsbət tendensiyaların təsiri tez bir zamanda nəzərə çarpacaq. Bu xüsusilə şəxsi münasibətlər sferasında nəzərə çarpacaq. Önəm verdiyiniz insanlarla yaxşı yola gedir, onları mükəmməl başa düşürsünüz. Əgər dəstəyə ehtiyacınız varsa, onu mütləq alacaqsınız. Axşam romantik və ya dostluq görüşü üçün əlverişlidir.

Dolça, 30 noyabr, 2023-cü il

Gün asan və əlverişli olmasa da, pis keçməyəcək. Hərəkətlərinizdə ardıcıl olsanız, başladığınız işdən əl çəkməsəniz uğur qazanacaqsınız. Biznes sferasında yaxşılığa doğru dəyişikliklər gözlənilir. Yeni müttəfiqlər tapa bilərsiniz.

Nüfuzlu insanların dəstəyinə ehtiyacınız olacaq. Müraciətləriniz cavabsız qalmayacaq.

Günün ikinci yarısı yeni ideyalar ortaya çıxacaq. Onları dərhal həyata keçirməyə başlamağınız mümkün olmasa da, bir müddət sonra planlarınıza qayıdacaqsınız. Yaxın insanlar sizi xoş sürprizlərlə sevindirəcək. Gözləmədiyiniz insnalardan hədiyyələr ala bilrəsiniz.

Balıq, 30 noyabr, 2023-cü il

Kiçik problemlər və cansıxıcı anlaşılmazlıqlar gözlənilir. Amma yenə də müsbət tendensiyaların təsiri üstün olacaq. Bu günə qədər çox səy sərf etdiyiniz bir məsələdə nəzərəçarpacaq irəliləyiş əldə edə biləcəksiniz.

Orijinal fikirlər siz çox kömək edəcək.Bu fikirlər hər insanın ağlına gəlmir.

Gözlənilməz xoş görüşlər oal bilər. Bir vaxtlar sizin üçün çox əziz olan insanla ünsiyyət qurmaq fürsəti yaranacaq.

Çox şey haqqında səmimi danışa biləcək, münasibətləri yenidən bərpa edə biləcəksiniz.
Print ელ. ფოსტა
FaceBook Twitter Google