Vertsxli (Gümüş) küçəsində yaralanmış şəxsin vəziyyəti ağırdır
Tbilisidə, Vertsxli küçəsində baş vermiş atışmada yaralanan kişi təcili əməliyyat edilib.
Qeyd olunan məlumat haqda İPN-ə Respublika xəstəxanasından bildiriblər.

Xəstəxanadan izah edirlər ki, dünən xəstəxanaya daxil olan kişi odlu silahdan çox sayda zədə alıb. Yaralanan şəxs reanimasiya şöbəsindədir və onun vəziyyəti ağırdır.

Xatırladaq ki, dünən Vertsxli küçəsində atəş açılan zaman bir nəfər Zviad Caparidze həlak olub bir kişi isə yaralanıb.

Mövcud məlumata görə, Zviad Caparidzeyə odlu silahdan atəş açılıb. O, keçmişdə dəfələrlə mühakimə olunub, müvafiq olaraq qətlin qisasla bağlı olmasını istisna etmirlər.

Baş verənlə bağlı hüquq mühafizəçiləri heç kimi saxlamayıblar.

İşlə bağlı Cinayyət Məcəlləsinin 108-ci və 236-cı maddələri ilə istintaq gedir. Maddə qəsdən adam öldürməni və odlu silahın qanunsuz əldə olunması-saxlanılmasını nəzərdə tutur.

Print ელ. ფოსტა
FaceBook Twitter Google