Qarət faktına görə hüquq-mühafizə orqanları Qardabanidə bir nəfəri saxlayıb

Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin Qardabani Rayon Şöbəsinin əməkdaşları aparılan operativ-axtarış və istintaq tədbirləri nəticəsində 1974-cü ildə doğulmuş Ş.İ.-ni qarət ittihamı ilə saxlayıblar.


DİN-in verdiyi məlumata görə, cinayət əməli 7 ildən 11 ilədək azadlıqdan məhrum etməni nəzərdə tutur.

“İstintaq nəticəsində müəyyən olundu ki, müttəhim Qardabani Bələdiyyəsinin Qara Təhlə kəndində, vətəndaşın avtomobilindən 100 000 lari oğurlayaraq hadisə yerindən qaçıb. Polis Ş.İ.-ni hadisə baş verdikdən dərhal sonra Rustavi şəhərində yaxalayıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları müttəhim tərəfindən qanunsuz yolla ələ keçirilmiş pulun bir hissəsini maddi-sübut kimi götürüblər”, – deyə DİN bildirib.

Qurumun bildirdiyinə görə, böyük miqdarda qarət faktına görə istintaq CM-nin 178-ci maddəsinin 4-cü hissəsinin “b” altbəndi ilə aparılır.

Mənbə: Birinci Kanal

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google