DTX bölgədəki etnik gürcülər və azərbaycanlılar arasında ədavət qızışdırma faktı ilə bağlı istintaqa başladı
Dövlət Təhlükəsizliyi Xidmətinin Dövlət Təhlükəsizliyi Departamenti irqi ayrı-seçkilik maddəsi ilə istintaqa başlayıb.

Dövlət Təhlükəsizlik Xidməti açıqlama yayıb. Açıqlamada bildirilir ki, departamentdə mövcud olan operativ məlumatlara əsasən, Gürcüstanda Kvemo Kartli və Kaxeti bölgələrində etnik gürcülər və azərbaycanlılar arasında etnik qarşıdurmanı qızışdırmağa çalışan qruplar və bir sıra vətəndaşlar var.


"Bu insanlar illər ərzində yığılıb qalmış bəzi məsələlərdən aktiv şəkildə istifadə edirlər ki, bunlardan da qeyri-düzgün şəkildə istifadə olunması, vətənpərvərlik motivləri səsləndirilməsi və hər hansı bir etnik qrupa qarşı qəsdən ictimai çağırışlar edildiyi təqdirdə etnik azərbaycanlıların sıx yaşadığı bölgələrdə onların etnik gürcülərlə dinc şəraitdə birgə yaşaması üçün açıq təhlükə yaradır. Bu şəxslər dövlətin və hökumətin səlahiyyətlərinə aid olan məsələlərə qarışaraq Kvemo Kartli və Kaxeti bölgələrində mövcud məsələlərdən milli zəmində ədavət yaratmaq məqsədilə istifadə etməyə çalışırlar", – bəyanatda bildirilir.

DTX-nın yazdığına görə, bir qrup şəxs qeyd olunan istiqamətdə qeyri-düzgün və aqressiv çağırışlar yolu ilə regionda yaşayan etnik gürcü və azərbaycanlı Gürcüstan vətəndaşları arasında ədavət yaratmağa çalışırlar ki, bu da hər iki tərəfdən milli hörmət və ləyaqəti alçaldan bəyanat və hərəkətlərə səbəb olur, bu qrup ümid edir ki, milli zəmində ədavət yaradılması yolu ilə insanların etnik mənsubiyyətinə görə hüquqları qanunsuz şəkildə pozulacaq.

"Bir qrup şəxs öz ictimai bəyanatlarında və ya ideologiyalarında vəziyyəti elə göstərməyə çalışırlar ki, sanki etnik gürcü əhaliyə digər etnik azlıqlarla müqayisədə üstünlük verilir. Bu isə milli münaqişə riskini artırır. Dövlət Təhlükəsizlik İdarəsi irqi ayrı-seçkilik faktı ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 1421-ci maddəsinin 3-cü hissəsinin “a” bəndi ilə istintaq aparır. Həmin maddə qrup tərəfindən milli düşmənçilik və ədavət yaratma, milli hörmət və ləyaqəti alçaltma məqsədi ilə yol verilmiş hərəkət, eyni zamanda insanların milli və etnik mənsubiyyətinə görə hüquqlarının birbaşa və ya dolayı yolla məhdudlaşdırılması, və ya eyni əlamətlərlə insanlara üstünlük verilməsini nəzərdə tutur”, – DTX-nin bəyanatında yazılıb
Print ელ. ფოსტა
FaceBook Twitter Google