Polis Kəpənəkçi kəndində qanunsuz azadlıqdan məhrumetmə ittihamı ilə 4 nəfəri saxlayıb
Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin Əməliyyat şöbəsinin əməkdaşları, keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Marneuli bələdiyyəsinin Kəpənəkçi kəndində yaşayan 4 nəfəri: 1991-ci il təvəllüdlü N.M., 1997-ci il təvəllüdlü İ.Q., 1988-ci il təvəllüdlü F.N. və 1999-cu il təvəllüdlü A.H.-nı saxlayıb. Onlar əvvəlcədən razılaşaraq qrup tərəfindən qanunsuz olaraq azadlıqdan məhrumetmədə ittiham olunurlar.

Törədilmiş cinayətə görə 7 ildən 10 ilədək həbs cəzası nəzərdə tutulur.

İstintaq müəyyən edib ki, cari ilin 15 iyul tarixində təqsirləndirilən şəxslər Marneuli bələdiyyəsinin Keşəli kəndində yaşayan 1996-cı il təvəllüdlü İ.M.-ni qisas zəminində qanunsuz olaraq saxlayıblar. Daha dəqiq desək, ona güc tətbiq edib maşına mindirərək Marneuli bələdiyyəsinin Kəpənəkçi kəndindəki vətəndaşlardan birinin evinə aparmış, orada ona qarşı fiziki təcavüz ediblər. Bundan sonra müttəhimlər I.M.-nı kəndin mərkəzi meydanına apararaq orada da fiziki cəhətdən təcavüz ediblər.

Gürcüstan Cinayət Məcəlləsinin 143-cü maddəsinin 3-cü hissəsinin "a" altbəndinə əsasən qrup tərəfindən əvvəlcədən razılaşma yolu ilə qanunsuz azadlıqdan məhrumetmə ilə əlaqədar istintaq başladılıb.

Xatırladaq ki, bir neçə gün əvvəl, iyulun 14-dən 15-ə keçən gecə Kəpənəkçi kəndində zorakılıq hadisəsi baş vermişdi.

Kəpənəkçi kənd sakinləri tərəfindən Keşəli kənd sakininə qarşı zorakılıq tətbiq olunmuşdu.

Hadisə ilə bağlı xəbəri oxumaq üçün linkə daxil olun.

https://www.marneulifm.ge/az/marneuli/article/32524--vli-adin-munasibete



Print ელ. ფოსტა
FaceBook Twitter Google