Laqodexi Bələdiyyəsinin Tsodniskari kəndində iki ərzaq mağazası
qarət edilib.
Sürətli pul köçürmə aparatı, ərzaq, şirniyyat, tütün məhsulları və
spirtli içkilər oğurlanıb.
Kriminalist mütəxəssislər dükan sahiblərinin ifadəsini alıblar.
Mağazalardan birinin sahibi soyğunçunun binaya əsas qapıdan
girdiyini deyib.
Hələlik heç kəs saxlanılmayıb.
Əlavə olaraq xatırladaq ki:
• 23 oktyabr tarixində iki nəfər Zviad Tsikolianın dükanını qarət
etməyə çalışmışdı.
• 17 oktyabrda Kutaisidə "Magnit" mağazalar şəbəkəsinin
filiallarından biri qarət edilib.
• 13 oktyabr səhəri Qardabani bələdiyyəsinin Qaracalar kəndində bir
ərzaq mağazasının divarı dağıdılmış və qarət edilmişdi.
• Oktyabrın 2-də Çxorotskunun mərkəzində 2 mağaza qarət edilmişdi.
Onlardan biri polis binasından təqribən 100 metr, digəri 200 metr
məsafədə yerləşir.
Mənbə: mtavari.tv