Canlı quşlardan fərqlənməyən kəşfiyyat PUA-ları hazırlanır - VİDEO
09:47 / 06.08.2024
Çin ordusu, uzaqdan baxıldığında canlı quşlardan
fərqlənməyən pilotsuz uçuş aparatları (PUA) inkişaf etdirərək
texnoloji innovasiyanın sərhədlərini növbəti dəfə aşmağa davam
edir.
Regional gərginliyin artması və 3-cü Dünya Müharibəsi
danışıqlarının yayılması ilə bir çox ölkə, müdafiə sənayesi
sahəsində sərmayə qoyur və layihələr istehsal edir. Bir-biri ilə
müqavilə bağlayan ölkələr böyük sürətlə yeni hərbi texnologiyalar
tətbiq edirlər.
Yeni müharibə strategiyalarında pilotsuz təyyarələr və pilotsuz
uçuş aparatları, çox mühüm rol oynayır. Türkiyə, PUA istehsalında
ixracat uğuru ilə diqqət çəkərkən, Çin də qlobal yarışda önə
çıxmağa davam edir. Döyüş meydanında aldadıcı xüsusiyyəti ilə
diqqət çəkən Çinin quş şəkilli dron dizaynı sosial mediada böyük
marağa səbəb olub. Çin Mərkəzi Televiziyası (CCTV), dünyanın ən
real quşa bənzər kəşfiyyat PUA-nın görüntülərini yayımlayıb.
Mütəxəssislər, quş kimi qanadlarını çırpmaq üçün hazırlanmış yeni
pilotsuz uçuş aparatının hərbi və mülki tətbiqlərdə böyük
potensiala malik olduğunu bildirirlər.
Çin dəniz piyadalarının istifadə etdiyi quş formalı pilotsuz
təyyarə, yenidən gündəmə gəlib. Dəniz piyadalarının bundan istifadə
etdiyi anlar kameralara düşüb. CCTV-nin məlumatına görə, Kiçik
Şahin adlı pilotsuz təyyarə, hərbi kəşfiyyat, ekoloji monitorinq və
ətraf mühitin mühafizəsində potensial tətbiqlərə malikdir.