Qızdırma qalxdıqda dərhal kimyəvi preparatlara üz tutmayın.
Hərarət çox yüksək deyilsə (38,5 C qədər) təbii vasitələrdən
istifadə edin.
Sizə ən effektli təbii qızdırma salan vasitələri təqdim edirik.
1. Moruq
Moruq mürəbbəsi, təzə, dondurulmuş və ya qurudulmuş moruq, moruğun
yarpaqları və qabığı çox effektli təbii qızdırma salan vasitədir.
Moruğun tərkibində çoxlu miqdarda asetilsalisil turşusu (biz bu
turşunu "aspirin" kimi tanıyırıq) var. Asetilsalisil turşusu ən
güclü hərarətsalan maddələrdir biridir.
Moruq mürəbbəsini çaya əlavə edin, meyvələrdən, yarpaqlardan və
qabıqdan dəmləmə hazırlayın.
2. Cökə ağacının çiçəkləri
Çökə ağacı də qədim zamanlardan qızdırma salan, iltihabəleyhinə
vasitə kimi istifadə olunur. 1 x.q. cökə ağacının çiçəklərini 200
ml isti suda 30 dəqiqə ərzində dəmləyin, süzün, adi çay kimi
için.
3. İtburnu
Bu da tanınmış qızdırma salan, iltihabəleyhinə və imuniteti
möhkəmləndirən vasitədir. Axşamdan termosa 1 ovuc qurudulmuş
itburnu tökün (əvvəlcədən meyvələri əzin), üzərinə yarım litr isti
su tökün, səhərə qədər saxlayın, səhər yaxşı süzün və gün ərzində
için. Çaya bal əlavə etmək olar.
4. Çobanyastığı
Çobanyastığı iltihabı azaldır, immuniteti möhkəmləndirir. 1 x.q.
çobanyastığı 200 ml isti suda 30 dəqiqə ərzində dəmləyin, süzün və
adi çay kimi için.
5. Portağal və ya qreypfrut şirəsi
Bu vasitə də soyuqdəymə və qripp zamanı çox yaxşı kömək edir -
hərarəti salır, vəziyyəti yüngülləşdirir, immuniteti
gücləndirir.
6. Ərik qurusu və kişmiş dəmləməsi
Ərik qurusu və kişmiş də asetilsalisil turşusu ilə zəngindir.
Dəmləmə hazırlamaq üçün axşamdan termosda 5-6 ərik qurusu və 1 ovuc
kişmiş yarım l isti suda dəmləyin, növbəti gün ərzində için.
Meyvələri yeyə bilərsiniz.
Mənbə: Saglamolun.Az