Muşevanidəki (Dəllərdəki) karantin rejiminin ləğvi tarixi dəyişdirilib və kənd iyulun 6-dan deyil bu gündən etibarən açılıb
Bolnisi bələdiyyəsinin Muşevani (Dəllər) kəndində karantin rejiminin ləğvi tarixi dəyişdirilib və 6 iyul əvəzinə kənd bu gün yenidən açılıb.
Kvemo Kartli qubernatoru Şota Rexviaşvilinin “İnterpressNews”-a verdiyi məlumata görə, Muşevani kəndi bölgədəki sərt karantin rejiminin hələ də qüvvədə olduğu yeganə yaşayış məntəqəsi idi.

"Cəmiyyətə məlumdur ki,"Covid 19"-un yayılma miqyası Kvemo Kartlidə ən böyük idi. Təəssüf ki, ümumilikdə 290 yoluxma faktı təsdiqlənmişdi. Bu günə qədər 282 nəfər sağalıb, 4-ü tibb müəssisəsində müalicəsinə davam edir, təəssüf ki, 4 nəfər yaşlı xəstə vəfat etdi. Bolnisi bələdiyyəsinin Muşevani kəndində bu günə qədər karantin rejimi qüvvədə idi. 81 təsdiqlənmiş faktın olduğu kənddə bu gün bütün xəstələrin tam sağaldığı və məhdudlaşdırma qaydalarının qaldırıldığı barədə xoş xəbərimiz var. Kvemo Kartlidə bu gün heç bir məhdudiyyət yoxdur, amma bu o demək deyil ki, sağlamlığımıza əhəmiyyət verməməliyik, tövsiyələrə əməl etməməliyik və bu sabitliyi qorumamalıyıq", – deyə Şota Rexviaşvili bildirib.

Xatırladaq ki, Bolnisi bələdiyyəsinin Muşevani kəndində aprelin 25-dən etibarən sərt karantin rejimi qüvvədə idi.

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google