Gürcüstanda 5 yeni koronavirusa yoluxma halı aşkarlanıb, 4 nəfər sağalıb
Gürcüstanda 5 yeni koronavirusa yoluxma halı aşkarlanıb və yoluxanların sayı ümumilikdə 1341-ə çatıb. Bu barədə məlumatı Xəstəliklərə Nəzarət Milli Mərkəzi yayıb. Sağalanlara gəldikdə, onların sayı 4 nəfər artaraq 1092-yə çatıb.

7082 vətəndaş karantin rejimindədir.

Ölkədə koronavirus səbəbindən 17 nəfər dünyasını dəyişib.

41 nəfər Gürcüstan vətəndaşı müalicə üçün xaricdən ölkəyə gətirilib.
Print ელ. ფოსტა
FaceBook Twitter Google