Gürcüstanda koronavirusdan daha iki nəfər dünyasını dəyişdi

Gürcüstanda daha iki xəstə koronavirusdan dünyasını dəyişdi. Bununla da ölkədə koronavirusdan dünyasını dəyişənlərin sayı 22 nəfərə çatdı.


Dünyasını dəyişən xəstələrdən biri Kutaisidəki "Bomondi" klinikasında müalicə olunurdu. Əldə olunan məlumatlara görə, o, Batumidən idi. Yaşlı qadının bir neçə xəstəliyi var idi və vəziyyəti ağır idi. O, klinikaya bir neçə gün əvvəl müraciət etmişdi.

Dünyasını dəyişmiş ikinci xəstəyə gəlincə, 67 yaşlı kişi Batumidə müalicə alırdı. O, Batumi Respublika Xəstəxanasına yerləşdirilmişdi.

Həkimlərin sözlərinə görə, kişinin başqa xəstəlikləri də var idi.

“67 yaşlı kişi huşsuz vəziyyətdə idi. İnsult keçirmişdi və vəziyyəti son dərəcə ağır idi. O, dünən gecə saatlarında öldü. Hal-hazırda klinikada reanimasiya şöbəsində 20 xəstə var, onlardan biri süni tənəffüs aparatına qoşulub. Altı nəfərə daima oksigen verilir",
– klinikadan bildirilib.

Mənbə: İnterPressNews

Print ელ. ფოსტა
FaceBook Twitter Google