Bolnisidə 9 körpünün tikintisi və bərpasına 6 000 000 lari ayrılıb

Bolnisidə 9 körpünün tikintisi və bərpasına 6 milyon lari ayrılıb

Bolnisi yerli özünüidarəsi 9 körpünün tikintisi və bərpası üçün ümumilikdə 6 milyon lari ayırıb. Bu məqsədlə Bolnisi meriyası 22 may tarixində iki tender elan edib.
Birinci tender çərçivəsində 5 körpünün bərpası və tikintisi üçün 3 005 000 lari nəzərdə tutulub. Tikinti və bərpa işləri aşağıdakı ünvanlarda

həyata keçiriləcək:
• Vanati kəndi yaxınlığında, Bolnisistskali çayı üzərindəki mövcud körpünün bərpası;
• Ratevani kəndində körpü keçidinin bərpası;
• Bolnisi şəhərinin Sioni küçəsində Maşavera çayı üzərindən keçən körpünün bərpası;
• Samtsverisi kəndində Bolnisistskali çayı üzərində yeni körpünün tikintisi;
• Raçisubani kəndində Maşavera çayı üzərindəki tağlı körpüyə bitişik yeni körpünün tikintisi.
İştirak etmək istəyən şirkətlər 11–16 iyun tarixləri arasında tenderə qoşula bilərlər. Qalib şirkət müqavilənin imzalanmasından sonra 270 gün ərzində işləri tamamlamalıdır.
İkinci tender çərçivəsində isə 4 körpünün tikinti və bərpasına 2 995 000 lari ayrılıb. Bu layihələrə daxildir:
• Bolnisi şəhərinin Qamsaxurdia küçəsində Maşavera çayı üzərindəki mövcud körpünün bərpası;
• Tsiskvili küçəsi yaxınlığında yeni piyada körpüsünün tikintisi;
• Kvemo Bolnisi kəndində yeni körpünün inşası;
• Raçisubani kəndində yeni yeraltı keçidin tikintisi.
Bu tender üçün təkliflərin qəbulu 11–16 may tarixləri arasında aparılıb. Hər iki tender üzrə qalib şirkətlər tikinti işlərini 270 gün ərzində başa çatdırmalıdır.


 

Print ელ. ფოსტა
FaceBook Twitter Google