Marneulili yazıçının ikinci kitabı nəşr olunub
Marneulili gənc Kamran Kiryakovun sayca ikinci kitabı olan “Həyata qayıdış və ya özünəqəsd, dəlilik və musiqi” povesti işıq üzü görüb. Kitab Bakı şəhərində, “Qanun” nəşriyyatında çap olunub.

Kamran Kriyakovun sözlərinə görə, o, kitabı təxminən iki il əvvəl yazmağa başlayıb. O, kitabı indi çap etdirə bilib. Kitabda üç dostun həyat hekayəsi haqqında söhbət açılır.

Müəllifin bildirdiyinə görə, o, kitabı öz maddi hesabına nəşr etdirib. Onun dediyinə görə, ilk olaraq o, kitabın təqdimatını Bakı şəhərində, daha sonra isə Marneulidə planlaşdırır.

Qeyd edək ki, Kamran Kiryakovun ilk kitabı olan “Bir dişlək alma” romanı 2017-ci ildə Tbilisi şəhərində nəşr olunub.

FaceBook Twitter Google
დაიცავი დისტანცია