Xəbərlər
DİN - Ümumilikdə 38 nəfər polis və 17 nəfər vətəndaşa tibbi yardım göstərilib, 23 polis Telavi xəstəxanasında hələ də qalmaqdadır
DİN Pankisi dərəsində polislərə olan hücum və polis texnikasına dəyən zərər faktı ilə bağlı Gürcüstanın CM-nin 353-cü prim və 187-ci maddəsi ilə istintaqa başlayıb. Maddələr polisə atəş açmaq və od vurmaqla əşyaya zərər vurmağı nəzərdə tutur – DİN-in bəyanatında qeyd olunub.

“Pankisi dərəsində kiçik hesin tikintisinin yenilənməsi ilə bağlı təhlükəsizlik və qaydaların təmin edilməsi məqsədi ilə səhər saat səkkizdən Kaxeti bölgə polisinin 35 əməkdaşı hazır dururdu.

Yerli əhalinin müəyyən qrupu polisə hücum edib, daş atıblar və nəticədə əlavə polis qüvvəsinin toplaşmasına ehtiyac yaranıb. Yerində olan vətəndaşların müəyyən hissəsi hüquq mühafizəçilərinə qarşı çıxıb. Polis texnikasına zərər dəyib, polis əməkdaşları və vətəndaşlar yaralanıb.

Ümumilikdə 55 nəfər tibbi yardım göstərilib, onun 38 nəfəri polis və 17 nəfəri vətəndaşdır. 23 polis Telavi xəstəxanasında hələ də qalmaqdadır”
- bəyanatda qeyd olunub.


FaceBook Twitter Google
დაიცავი დისტანცია