Bu məktubu sizə Gürcüstanın səravi vətəndaşları yazır və hamını sizə dəstək olmağa çağırırıq
İlk növbədə, cəmiyyətimizin bir
hissəsi tərəfindən Bolnisi və Marneuli əhalisinə qarşı mətbuat və
sosial şəbəkələrdə səslənən təhqirlərə görə sizdən üzr
istəyirik.
İstəyirik biləsiniz ki, biz belə düşünmürük. Sizə dostlarımız,
tanıdıqlarımız ya da tanımadıqlarımız, Gürcüstanın ən əhəmiyyətli
hissəsi kimi dəyər verir və çox qiymətli əməyinizlə ümumi rifan
xidmət etdiyinizə görə təşəkkür edirik.
Biz bir ölkənin vətəndaşlarıyıq və ümumi sosial problemlərini dərk
edirik. Pandemiya suyun əlçatan olmaması, gündəlik maaşdan asılı
olan insanların ümidsizliyi kimi problemləri xüsusilə önə
çıxardı.
Gürcüstanlı azərbaycanlıların ayrıca problemi deyə bir şey yoxdur,
o, hamının eyni dərəcədə problemidir.
Sizə ürəkdən həmrəy olduğumuzu bildirib, yaranmış çətin vəziyyətdə
sizə güclü olmağınızı arzulayırıq.