Samirə Bayramova Marneuli və Hucabi Yepiskopunun bəyanatına münasibət bildirib

Marneuli və Hucabi Yepiskopu Qiorqi (Camdeliani) “İnsan Hüquqlarının Araşdırılması və Monitorinqi Mərkəzi” (EMC) qeyri-hökumət təşkilatı nı,

Samirə Bayramovanı və Bütün Gürcüstan Müsəlmanlarının Ali Dini İdarəsini destruktv qüvvələr adlandırıb və onları dini və etnik zəmində mübahisə yaratmaqda ittiham edib.

Samirə Bayramovanın Marneuli və Hucabi yepiskopunun bəyanatı ilə bağlı şərhini olduğu kimi sizə təqdim edirik:

“Ay yarımdan artıqdır ki, EMC məhkəməyə mənim və daha bir dini təşkilatın adı ilə Marneuli Bələdiyyə Mərkəzinə qarşı şikayət ərizəsi verib. Ərizə dini təşkilatların bələdiyyə büdcəsindən qeyri-bərabər və qeyri-sekulyar qaydada maliyyələşdirilməsi ilə əlaqədardır. Siz bilirsiniz ki, 26 dekabr tarixində Marneuli büdcəsi təsdiqləndi. İnsan hüquqları ilə bağlı çalışan təşkilatların və vətəndaşların dini təşkilatların maliyyələşdirilməsinin büdcəyə daxil edilməsi ilə bağlı tənqidinə baxmayaraq Bələdiyyə Məclisi həmin bəndi yenə də büdcədə saxladı. Büdcədə qeyd olunur ki, qeyd olunan xərcin məqsədi “dini dözümlülüyün təbliğatı və əhalidə dini hisslərin artırılmasıdır”. Düşünürəm ki, demokratik dövlətdə dini təşkilatlara dini məqsədlər üçün büdcə resursları vermək ümumiyyətlə düzgün deyil. Mənim tələbim odur ki, bu məbləğdən fiziki imkanları məhdud, aztəminatlı ailələr və ekomiqrantlar üçün istifadə olunsun. Bizim bələdiyyədə çox sayda problem var. Meriya və Bələdiyyə Məclisi buna cavab vermir. Yeparxiya özü və müsəlman təşkilatları da bununla razılaşmalıdır və ehtiyacı olan adamları nəzərə almalıyıq. Bu təcrübə həm də diskriminasiya xarakterlidir. Marneuli büdcəsindən məscid üçün 10 000, yeparxiya üçün isə 400 000 lari ayrılıb. Bizim bələdiyyədə resursların belə bölünməsi hansı məntiqlə baş verir?! Aydındır ki, bu diskriminasiyadır.

Şikayət əlbəttə Yeparxiyaya qarşı deyil. Təəssüf ki, şikayətin məzmununu bilmirlər. Biz yalnız dövlətdən ictimai maraqları və Konstitusional prinsipləri qorumasını tələb edirik. Mən Marneuli Hucabinin səhifəsində yalan məlumat gördüm və sosial şəbəkədə şərh yazdım, Hucabinin özü əhalini yanlış istiqamətləndirib. Orada nə küçələrə dini su səpilməsindən, nə də başqa mövzudan söhbət getmirdi. Ona görə də yaxşı olar ki, keşiş təfərrüatları dəqiqləşdirsin və elə bəyanat versin.

Mən şəxsən səhifədə yalan məlumat görəndə Qiorqi Camdelianiyə zəng vurdum. Təəssüf ki, cavab vermədi. Hamıdan xahiş edirəm ki, bu kimi bəyanatlardan çəkinsinlər.

Bütün bu müddət ərzində bizim icmamız irqi ayrı-seçkiliyə və ksenofobiyaya məruz qalır. Çox təəssüf ki, mən keşişdən buna qarşı heç nə eşitməmişəm. Heç keçmişdə də onlardan bununla bağlı dəstək almamışam. Azərbaycanlıların öz hüquqlarını və vətəndaş ideyalarını qoruması problem hesab olunmalıdır?! Məhkəmə davasında qanunsuz nə isə var?! Tənqid yolları və siyasi iştirak yetərli olmadı ki, bələdiyyə üzvləri bizim problemi nəzərə alsınlar... Mən hesab edirəm ki, demokratik dövlət məhz belə qurulur. Bu günlərdə çox sayda gürcüdən dəstək bəyanatı alıram. Sevinirəm ki, biz – həmrəylik və ədalət ideyalarını bölüşənlər bu çətin vaxtda birlikdəyik. İstəyirəm ki, ruhani şəxslərdən də bunun kimi həmrəylik ideyaları eşidəm”,
– Samirə Bayramova.

 

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google