Yaşayış evində baş vermiş yanğın nəticəsində 80 yaşlarında qadın
dünyasını dəyişib – hadisə Kvareli bələdiyyəsinin Şilda kəndində
baş verib.
Məlumata görə, yaşlı qadın hadisə zamanı evdə tək olub. Yayılan
məlumatda qeyd olunur ki, yanğının evə odun sobasından düşdüyü
ehtimal olunur.
Hadisə yerinə yanğınsöndürən xidməti və polis səfərbər edilib.
Onlar yanğını söndürməyə çalışırlar.
Mənbə: inforustavi.ge