Bu gün, 30 mart tarixində Kirəç Muğanlı kəndində sakinlərə
Məhəmmədəli Fərəcov və Aqil Musayevin dəstəyi ilə yardım məqsədi
ilə 500 ədədə yaxın çörək paylanılıb.
Məhəmmədəli Fərəcov “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi
ki, koronavirus təhlükəsinə görə evlərində karantin rejimində
yaşayan, yardıma ehtiyacı olan aztəminatlı ailələrə yardım məqsədi
ilə çörək paylanılıb.
O, bildirdi ki, yalnız bu gün deyil davamlı olaraq 3 gün ərzində
sakinlərə çörəyin paylanılmasına davam ediləcək.