Karantinə görə Sadaxlıda yerləşən aptekdə dərmanlar azalıb
Koronavirusuna görə Marneuliyə giriş-çıxışın qadağan edilməsi Sadaxlı kənd apteklərinə də təsir edib.

Ötən günlərdə Marneuli rayonunda karantin rejimi elan olunduqdan sonra Marneuliyə giriş-çıxış qadağan olunub. Bundan irəli gələrək Sadaxlı apteklərində bəzi dərmanlar çox azdır, bəzilərində isə heç tapmaq mümkün deyil. Kənd sakinlərinin sözlərinə görə, evlərində xəstəsi olanlar nə edəcəklərini bilmirlər. Xəstə üçün lazım olan bəzi dərmanları onlar heç yerdən əldə edə bilmirlər.

“Evdə yaşlı babam var, tez-tez təzyiqi qalxır, xəstədir ağrıkəsicilər lazım olur. Ancaq, artıq dərmanların bir çoxunu ala bilmirəm, apteklərdə dərman çatışmazlığı olur. Ümid edirəm bu hal tez müddətdə düzələr”, – kənd sakini deyir.

Sakinlərin sözlərinə görə, kənd apteklərində dərmanların qiymətində bahalaşma yoxdur.

“Mən özüm xəstəyəm, tez-tez ürək dərmanı lazım gəlir. Ancaq qorxuram ki, apteklərdə dərman bitə, buna görə də çalışıram gec-gec içəm bu hal məni çox narahat edir. Ancaq bunlara baxmayaraq, hələ ki kənd apteklərində dərmanların qiymətində bahalaşma yoxdur, əvvəl necə idisə, indi də elədir”, – kənd sakini deyir.

Qeyd edək ki, Sadaxlı kənd apteklərindən sadəcə Sadaxlı sakinləri yox, həm də qonşu kəndlər Xuldərə, Mollaoğlu, Tsopi, Təzəkənd sakinləri də istifadə edir, buna görə də dərmanlar başqa kəndlərə nisbətən burada daha tez bitir.
Müəllif: Aysun Shaparayeva
"Marneuli" Radiosu
Print ელ. ფოსტა
FaceBook Twitter Google