Sentyabrda Gürcüstanda hansı ərzaq məhsulları bahalaşacaq?
Sentyabrdan etibarən Gürcüstanda qida məhsullarının qiymətində dəyişikliklər olacaq.

Bu barədə “Rezonansi” qəzeti yazıb.

Əsasən şəkər, süd məhsulları, bitki və digər yağların bahalaşacağı gözlənilir.

Qiymət artımına səbəb avronun dollara münasibətdə bahalaşmasıdır ki, bu da son zamanlar ticarətdə ciddi problemlər yaradır.

Gürcüstanın Distribütorlar Biznes Assosiasiyasının prezidenti İva Çkonia bildirib ki, qlobal bazarlarda ticarət əsasən avro ilə həyata keçirilir: “Biz avronun dollara qarşı nə qədər qeyri-sabit olduğunu görürük və buna görə də qiymətlər daima dəyişir”.

Onun sözlərinə görə, Gürcüstan bazarında qiymətlərdə kəskin artım gözlənilmir, lakin müəyyən dəyişikliklər mütləq olacaq.

Mənbə: NewsBureau
Print ელ. ფოსტა
FaceBook Twitter Google