Gürcüstanda koronavirus epidemiyasının ikinci dalğasının payızda
başlayacağı gözlənilir.
Bunu ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli
Mərkəzinin rəhbəri, baş epidemioloq Amiran Qamkrelidze
bildirib.
O deyib ki, COVID-19-a yoluxma hallarında artımın oktyabrın
sonundan noyabr ayının ortalarına qədər davam edəcəyi ehtimal
edilir.
Baş epidemioloq ölkədəki hazırkı epidemioloji vəziyyətin ikinci
dalğa olmadığını qeyd edib.
Mənbə: NewsBureau