Xəbərlər
Müğənni Aslan Hüseynov qəzada həyatını itirib – FOTO
Bakı-Qazax yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Baş Dövlət Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Namidan Piriyev Oxu.Az-a açıqlamasında bildirib ki, Qaradağ rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsində ölən şəxs müğənni Aslan Hüseynovdur.

“Aslan Hüseynova məxsus BMW markalı avtomobil qəzaya düşüb. Nəticədə sürücü A.Hüseynov vəfat edib”, -
deyə Azərbaycanın DYP rəsmisi məlumat verib.

Qeyd edək ki, Aslan Hüseynov dörd gün əvvəl özünün “Instagram” hesabından anasının vəfat etməsi ilə bağlı paylaşım edib. 



Mənbə: oxu.az
FaceBook Twitter Google
დაიცავი დისტანცია