Kutaisidə atışma baş verib, hadisə ilə bağlı istintaq başladılıb
Kutaisinin Çavçavadze prospektində silahlı qarşıdurma baş verib. "Kutaisipost"-un verdiyi məlumata görə, şəhərin mərkəzi hissəsində bir nəfər bir neçə dəfə vurularaq yaralanıb. Yerli mətbuat fiziki qarşıdurmanın daha sonra atışma ilə davam etdiyini yazıb.

Daxili İşlər Nazirliyindən "On.ge"-ə verilən məlumata görə, hadisə ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin odlu silah alqı-satqısı/saxlama və qəsdən sağlamlığa ağır zərər vurma faktını nəzərdə tutan 236 və 117-ci maddələri üzrə istintaq aparılır.

Mənbə: On
Print ელ. ფოსტა
FaceBook Twitter Google