İordaniyada Gürcüstana verilən torpaqlarda gürcü mədəniyyət
mərkəzinin tikintisi üçün hökumət komissiyası yaradılır.
Bu barədə baş nazir İrakli Qaribaşvili bu gün, yanvarın 24-də
hökumətin iclasında bildirib.
Onun sözlərinə görə, Patriarxlığın nümayəndələrindən Şio Muciri də
daxil olmaqla komissiyanın işində iştirak etmək xahiş olunub.
“Bildiyiniz kimi, Gürcüstanda 4 min kvadratmetr ərazi
İordan çayı yanında, Xilaskarın vəftiz olunduğu yerdən verilib və
Gürcüstan Patriarxının xeyir-duası ilə biz bu müqəddəs ərazidə
gürcü mədəniyyət mərkəzi tikməyi planlaşdırırıq. Bu məqsədlə biz
hökumət komissiyası yaradacağıq və biz konsepsiya, layihə üzərində
işə başlayacağıq, sonra tikintiyə keçəcəyik", - deyə
Qaribaşvili bildirib.
Yanvarın 19-da baş nazir İrakli Qaribaşvili Gürcüstana İordaniyada
İordan çayı yaxınlığında torpaq sahəsi veriləcəyini və burada gürcü
mədəniyyət mərkəzi tikməyi planlaşdırdığını bəyan edib. Qaribaşvili
bu barədə Üçlər Katedralında ibadətdən sonra bildirmişdi. O demişdi
ki, bu qərarı İordaniya kralı və şahzadəsi verib.
“Gürcü Arzusu”nun üzvü Zakariya Kutsnaşvili də sözügedən torpaq
sahəsinin 2018-ci ildə verilməsindən danışıb. O bildirib ki,
İordaniya Krallığı Gürcüstana İordan çayının sahilində torpaq
verməyə hazırdır, orada pravoslav kilsəsi tikmək mümkün olacaq.