Qərbin Gürcüstanın “Xarici agentlər haqqında” qanun qəbul etməklə
Avropa yolundan dönəcəyi ilə bağlı narahatlıqları əsassızdır.
Bunu hakim “Gürcü Arzusu” Partiyasının sədri İrakli Qaribaşvili
bildirib.
“Dostlarımız və tərəfdaşlarımızla dialoqu davam
etdirmək vacibdir. Biz amerikalı və avropalı dostlarımızı
inandırmalıyıq ki, Gürcüstan qeyri-adi heç nə etmir və Avropa
yolundan dönmək niyyətində deyil. Tənqidlər səslənir ki, guya
Gürcüstan Avropaya inteqrasiya və ya demokratiya yolundan dönəcək.
Təbii ki, bunlar təkcə şişirdilmiş deyil, həm də əsassız
iddialardır”, - o vurğulayıb.
Qaribaşvilinin sözlərinə görə, Gürcüstanın xarici siyasət kursuna
konstitusiya səviyyəsində zəmanət verilir və bu vektorun dəyişməsi
istisna olunur.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.