Con Hopkins Koronavirus Resurs Mərkəzi hazırda dünya miqyasında 2.2
milyondan çox koronavirusa yoluxma halının qeydə alındığını, 150
mindən çox ölüm halının olduğunu bildirir.
Vaşinqton cümə günü Birləşmiş Ştatların adekvat test imkanlarına
malik olmadığına dair düşüncəni rədd edib və vətəndaşların
təhlükəsizliyi və sağlamlığını əsas prioritet olaraq saxlayaraq ABŞ
iqtisadiyyatını tədricən açmaq planlarını açıqlayıb.
Vitse-prezident Mayk Pompeo deyib ki, “Biz bu gün inanırıq ki,
Birləşmiş Ştatlarda ştatların müvafiq gördükləri zaman birinci
mərhələyə keçmələri üçün kifayət qədər test imkanları var.”
Ağ Evin qaydalarının birinci fazası restoranlar və fitnes
salolnları kimi bəzi bizneslərin açılmasına icazə vermək
daxildir.
Bəzi tibbi ekspertlər Vaşinqtonun genişmiqyaslı teslər keçirmədən
məhdudiyyətləri yüngülləşdirmək istəyinə skeptik yanaşır və belə
bir addımın yeni yoluxma hallarına səbəb ola biləcəyini
proqnozlaşdırır.
Cümə günü Çin Uhanda COVID-ə yoluxma və ölüm halları ilə bağlı
statistikasını yeniləyib. Səhiyyə rəsmiləri yaydıqları bəyanatda
şəhərdə 1290 əlavə insanın öldüyünü bildirib. Bununla orada
ölənlərin ümumi sayı 3869-a çatıb. Təsdiq olunan yoluxma halları da
325 nəfər artaraq 50.333-ə çatıb. Rəsmilər deyib ki, məlumatlardakı
ziddiyətlərə koronavirus xaosu daxilində bir neçə amil səbəb olub.
Çin rəqəmləri ört-basdır etdiyini inkar edir.
İspaniyanın Səhiyyə Nazirliyi də həmçinin ölüm və yoluxma hallarını
hesablama üsulunda dəyişiklik edib və məlumatların ötürülməsində
yaranan uyğunsuzluğu aradan qaldırmaq istədiyini bildirib. Cümə
günü ölkədə bir gün ərzində virusdan təsdiq olunan ölüm halları 585
nəfər olub. Bu isə daha öncəki hesablama üsulu ilə təsdiq olunan
348 ölüm halından kəskin şəkildə çoxdur.
İspaniya koronavirusun təsirinə ən çox məruz qalan ölkələrdən
biridir. Cons Hopkins Universitetinin statistikalarına əsasən orada
190 mindən çox yoluxma halı, 20 mindən çox ölüm halı
təsdiqlənib.
Mənbə:
Amerikanın səsi