Ukraynalı deputat Valeri Davidenko iş otağında ölü tapılıb.
Daxili İşlər nazirinin müavini Anton Qeraşenkonun sözlərinə görə,
siyasətçi başından güllələnib. Onun sözlərinə görə, silah cəsədin
yaxınlığında tapılıb. Hazırda müstəntiqlər hadisə yerində
işləyirlər. Mətbuatda yayılan məlumatlara görə, versiyalar arasında
intihar da var.
Məlumat üçün qeyd edək ki, Davidenko 2014-cü ildən bəri Ali Radanın
üzvü olub. O, qanunverici orqanın İqtisadi İnkişaf Komitəsinin üzvü
idi.
Mənbə:
İnterPressNews