Azərbaycan prezidenti İlham Əliyev Gürcüstanın dövlət başçısı
Salome Zurabişvilini təbrik edib.
Təbrik məktubunda deyilir:
“Hörmətli xanım Prezident,
Dost Gürcüstanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə
və bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən
xoş arzularımı və səmimi təbriklərimi yetirirəm.
Azərbaycan-Gürcüstan mehriban qonşuluq və strateji tərəfdaşlıq
münasibətlərinin bugünkü səviyyəsi məmnunluq doğurur. Ölkələrimiz
arasındakı yüksək səviyyəli təmaslar, siyasi, iqtisadi və digər
sahələrdə daim genişlənən qarşılıqlı faydalı əməkdaşlıq
əlaqələrimizin səciyyəvi cəhətlərindəndir. Əminəm ki, bu əməkdaşlıq
xalqlarımızın rifahı naminə birgə səylərimizlə bundan sonra da
uğurla davam edəcəkdir.
Bəşəriyyətin üzləşdiyi COVID-19 pandemiyasının yaratdığı bu çətin
zamanda da Azərbaycan xalqının Gürcüstan xalqı ilə həmrəy olduğunu
bildirmək istəyirəm.
Fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, işlərinizdə
müvəffəqiyyətlər, dost Gürcüstan xalqına daim rifah
diləyirəm”.
Mənbə: NewsBureau