Gürcüləri təbrik edirəm, firavanlıq, məhsuldar və təhlükəsiz gələcək arzu edirəm – Donald Tramp
ABŞ prezidenti Donald Tramp Gürcüstanın Müstəqillik Gününü təbrik edib. Tramp təbrik məktubunu baş nazir Qiorqi Qaxariaya göndərib.

ABŞ prezidenti təbrikində onilliklər ərzində ABŞ və Gürcüstan arasında ümumi dəyərlərə və maraqlara əsaslanan möhkəm əməkdaşlığın olmasını xüsusi vurğulayıb.

“Amerika xalqının adı ilə, sizə səmimi qəlbdən salamlayır və Müstəqillik Günü – 26 may münasibətilə təbrik edirəm!
Onilliklər ərzində ABŞ və Gürcüstanı ümumi dəyərlərə və maraqlara əsaslanan möhkəm əməkdaşlıq bir-birinə bağlayıb. Amerika Birləşmiş Ştatları Gürcüstanın müdafiə qabiliyyətini gücləndirməsi üçün atdığı addımlara böyük qiymət verir, o cümlədən, gürcü döyüşçülərin Əfqanıstanda Amerikalı və NATO qüvvələri ilə çiyin-çiyinə NATO missiyasında iştirak etməsi böyük töhfədir. Biz Gürcüstanın suverenitetinə və beynəlxalq aləmdə tanınmış ərazi bütövlüyünə möhkəm dəstəyimizi ifadə edirik. Biz, NATO-ya doğru gedən yolda Gürcüstana sarsılmaz dəstəyimizi davam etdirəcəyik. Bizim tərəfdaşlığımız davam edir, bu gün koronavirusun misli görülməmiş qlobal pandemiyası ilə mübarizədə əməkdaşlıq edirik. Biz, Gürcüstanın demokratik və iqtisadi inkişafını möhkəm dəstəkləyirik ki, bu da Avroatlantik inteqrasiya ilə bağlı gürcü xalqının səylərini həyata keçirməsi üçün çox əhəmiyyətlidir. Sizin tərəfinizdən əməkdaşlığı gözləyirəm ki, Gürcüstanın demokratik institutlarının konsolidasiyası və siyasi plüralizminin möhkəmlənməsində, müstəqil məhkəmənin dayaq olduğu qanunun aliliyinin güclənməsində, həmçinin iqtisadiyyatın şaxələnməsində sizə köməklik edək. Gürcüləri səmimi qəlbdən təbrik edirəm, məhsuldar və təhlükəsiz gələcək arzulayıram”,
– Donald Trampın təbrikində deyilir.

Bu gün, mayın 26-da Gürcüstan öz müstəqilliyinin 102-ci ilini qeyd edir.

Mənbə: On
Print ელ. ფოსტა
FaceBook Twitter Google