Kelli Deqnan – Gürcüstanın dostları olaraq, bu gün sizinlə birlikdə Azadlıq və Müstəqilliyinizi qeyd edirik

ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan Gürcüstanı Müstəqillik Günü münasibətilə təbrik edir.


Səfirliyin yaydığı videomüraciətə görə, Gürcüstan və ABŞ ortaq dəyərlərə – azadlığa, demokratiyaya, tolerantlığa və yorulmaz işlərə əsaslanan möhkəm dostluğa malikdir.

"Salam, mən Kelli Deqnanam. Amerika Birləşmiş Ştatlarının səfirliyi adından gürcü xalqını Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edirəm. Gürcüstan və Amerika Birləşmiş Ştatları azadlıq və bərabərliyin dərin sevgisini paylaşır. Gürcüstan xalqı 1918-ci ilin Müstəqillik Aktında əks olunan bu iki əsas dəyərin qayğısına xüsusi olaraq qalır. Bu akt, milliyyətindən, dinindən, sosial vəziyyətindən və cinsindən asılı olmayaraq hər Gürcüstan vətəndaşı üçün siyasi hüquqlara eyni dərəcədə zəmanət verir. Bu prinsiplər hər bir Amerikalıya yaxşı məlumdur. Gürcülər də, Amerikalılar da azadlıq, müstəqillik və bərabərlik uğrunda vuruşdular və qurbanlar verdilər. Ölkələrimiz arasında hələ də dərin, zəngin və davamlı bir dostluq mövcuddur, çünki bu, bizim qiymətli, ortaq dəyərlərimizə – azadlığa, demokratiyaya, tolerantlığa və yorulmaz işlərə əsaslanır. Biz, tərəfdaş olaraq, demək olar ki, 30 ildir ki, Gürcüstanın demokratik yolundakı tərəqqisini birlikdə qeyd edirik. Gürcüstanın sadiq dostları olaraq bu gün sizinlə birlikdə azadlıq və müstəqilliyinizi qeyd edirik. Çox sağ olun və Müstəqillik Günü münasibətilə sizləri təbrik edirəm”, – deyə Kelli Deqnan video müraciətində bildirib.

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google