Sameba Kafedralına qazın verilməsi borca görə dayandırılıb
Sameba Kafedralına qazın verilməsi borca görə dayandırılıb. Bu barədə məlumatı TV Pirveli yayır.

İoane Mçedlişvili atanın televiziya ilə söhbəti zamanı bildirdiyinə görə, məbədin 3 il ərzində təxminən 250 min lari borcu yığılıb, lakin bu müddət ərzində qaz təminatı şirkəti onlara güzəştlər edib:

“Bir neçə gündür qazımız yoxdur. Borcumuz var idi, ona görə kəsdilər. Bu məbləğ təxminən üç ildir ki, yığılıb. Şirkətə minnətdarlıqdan başqa bir şey deyə bilmərik, çünki dəfələrlə bizi nəzərə alıblar və qazın verilməsini dayandırmayıblar. Monastırın heç vaxt bu qədər pulu olmayıb ki, ödəsin. Bizə bir neçə dəfə xəbərdarlıq edildi. Şirkət nə etsin, həmişə yanımızda olublar. Bir yerdə bunu etmək qərarına gəldilər”, – İoane Mçedelişvili ata deyib.

Mənbə: Netgazeti
Print ელ. ფოსტა
FaceBook Twitter Google