Varketilidə polis hədəfsiz atəş açılması haqqında məlumat aldıqdan sonra binanı bağlayıb
Varketilidəki yaşayış binalarından birinin yaxınlığında polis səfərbər olunub. Yerli sakinlərin "Praym Tayms"-a bildirdiyinə görə, buna səbəb bir nəfər sərxoş insanın çöldə atəş açması və daha sonra evə daxil olaraq qapını bağlaması olub.

Şahidlərdən birinin sözlərinə görə, kişi başqa vaxtlarda da sərxoş vəziyyətdə odlu silahdan istifadə edirmiş.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, kişi sərxoş vəziyyətdə evə daxil olub və qapını bağlayıb, polis isə əraziyə giriş çıxışı məhdudlaşdırıb. Daxili İşlər Nazirliyindən hələ ki, silahla bağlı məlumat verilməyib.

Patrul Polis İdarəsinin rəhbəri Vaja Siradzenin sözlərinə görə, silahlı şəxs sərxoş vəziyyətdə əlində odlu silahla yaşayış evində gizlənib. Siradzenin sözlərinə görə, kişi odlu silahdan bir neçə dəfə hədəfsiz atəş açıb:

"Hüquq-mühafizə orqanlarının nümayəndələri ərazidə tam səfərbər olunub, əhalinin təhlükəsizliyi qorunur. Bu mərhələdə silahlı şəxslə həm şəxsən, həm də telefonla danışıqlar aparılır. Heç kim xəsarət almayıb, heç kim vurulmayıb. Ailə üzvləri, uşaqları və arvadı təhlükəsiz şəraitdədirlər.

Mənbə: Netgazeti
Print ელ. ფოსტა
FaceBook Twitter Google